Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
2026-cı ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 322,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % azdır. 2026-cı ilin 1-ci rübündə tədiyyə balansında 413 milyon ABŞ dolları kəsir olmuşdu.2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0.2 mlrd. dollar artmış, xalis xarici maliyyə öhdəlikləri isə 2.0 mlrd. dollar azalmışdır.
Marja xəbər verir ki, bu 2026-cı ilin 1-ci rübü üzrə Tədiyə balansında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 mlrd. dollar (322.9 milyon dollar) azalmışdır. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117.4 mln. dollar artaraq 85.2 mlrd. dollar-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 79.5 dollar/barel olmuşdur.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2026-cı ilin I rübü il üzrə cari əməliyyatlar hesabının profisiti 1.7 mlrd. dollar və ya ÜDM-in 9.5%-ni təşkil etmişdir (2025-ci ilin I rübü üzrə 1.1 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.6% artaraq 4.1 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.7% azalaraq 2.4 mlrd. dollar məbləğində olmuşdur.
Xarici ticarət balansı
2026-cı ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 9.9 mlrd. dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 4.7 mlrd. dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.7 mlrd. dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.0 mlrd. dollar həcmində profisit yaranmışdır. 2026-cı ilin I rübü üzrə Azərbaycanın dünyanın 157 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 11.8%-i MDB üzvü olan ölkələrin, 88.2%-i isə digər xarici ölkələrin payına düşür.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 18 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















