"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
(®) İyunun 15-də ölkənin aparıcı avtomobil şirkətlərindən olan "Auto Azərbaycan" 30 illik yubileyi çerçivəsində öz sadiq müştəriləri üçün maraqlı və intellektual layihəyə imza atıb. Şirkət Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə müştəriləri arasında həvəskar şahmat turniri keçirib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnir, iştirakçılara həm öz strateji gedişlərini nümayiş etdirmək, həm də gündəlik iş rejimindən uzaqlaşıb xoş vaxt keçirmək imkanı yaradıb.
"Auto Azərbaycan" haqqında:
"Auto Azərbaycan" şirkəti 30 ildir, ölkənin avtomobil bazarında qabaqcıl mövqelərdə qərarlaşaraq, dünyanın tanınmış və etibarlı avtomobil brendlərinin rəsmi distribütorluğunu həyata keçirir. Şirkət yüksək keyfiyyətli satış və satışsonrası servis xidməti ilə müştəri məmnuniyyətini qazanmaqla bərabər, müxtəlif sosial və korporativ məsuliyyət layihələri ilə də fəal şəkildə seçilir.
Təşkilati dəstəyə və fəal iştiraka görə təşəkkür
"Auto Azərbaycan" rəhbərliyi layihənin uğurla reallaşmasında, yarışın yüksək peşəkarlıqla və beynəlxalq standartlara uyğun təşkil olunmasında göstərdiyi əvəzsiz təşkilati dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına dərin minnətdarlığını bildirib. Federasiyanın peşəkar yanaşması sayəsində turnir həvəskar statuslu olsa da, əsl idman bayramı atmosferində baş tutub.
Şirkət, həmçinin dəvəti böyük məmnuniyyətlə qəbul edib yarışda fəal iştirak edən, intellektual mübarizəyə rəng qatan bütün dəyərli müştərilərinə xüsusi təşəkkürünü ifadə edib.
"Müştərilərimiz üçün bu cür layihələri davam etdirəcəyik"
"Auto Azərbaycan" müştəri məmnuniyyətini və onlarla qurulan uzunmüddətli dostluq münasibətlərini hər zaman ön planda tutub. Şirkətin Marketinq Departamentinin rəhbəri Vasif Əliyevin sözlərinə görə bu cür tədbirlər simvolik önəm daşıyır:
"Müştərilərimiz bizim ən böyük dəyərimizdir. Onların bizə olan etimadı fəaliyyətimizin əsas hərəkətverici qüvvəsidir. Bu turnir sadəcə bir yarış deyil, müştərilərimizə verdiyimiz dəyərin və onlarla böyük bir ailə olduğumuzun göstəricisidir. Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, müştərilərimizin asudə vaxtlarının səmərəli təşkili, aralarındakı bağların gücləndirilməsi məqsədilə bu kimi sosial, idman və intellektual tədbirlərin keçirilməsini bundan sonra da davamlı şəkildə həyata keçirəcəyik."
Qeyd edək ki, turnirin sonunda qaliblər "Auto Azərbaycan" şirkəti tərəfindən xüsusi hazırlanmış medal, avtomobillərinə xüsusi diqqət göstərə bilməkləri üçün servis paketləri və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə fəal iştirak edən digər müştərilərdə unudulmayıb onlarada şirkət tərəfindən dəyərli hədiyyələr təqdim olunub. Şahmat həvəskarları tədbirdən xoş təəssüratlarla ayrılaraq, bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.
Böyük bir ailənin rəmzi
Yarış boyunca hökm sürən səmimi və dostyana ab-hava bir daha sübut etdi ki, "Auto Azərbaycan" sadəcə bir avtomobil distribütoru deyil, öz ətrafında böyük və sadiq bir icmanı birləşdirən doğma məkandır. Şirkət bundan sonra da müştərilərinə yalnız premium keyfiyyətli xidmət təklif etməklə kifayətlənməyəcək, həm də onların həyatına fərqli rənglər və dəyər qatan unudulmaz layihələrə imza atacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir





















