Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
İlin sonuna qədər əsas diqqət məlum səbəblərin aradan qaldırılmasına, xüsusilə tikinti sektorunda fəaliyyətin canlandırılmasına yönəldiləcək.2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı qeydə alınmayıb. Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, hesabat dövründə ölkədə ÜDM-in həcmi 51 milyard 783,8 milyon manat təşkil edib və 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə dəyişməyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirirb ki, Azərbaycan iqtisadiyyatında ilin ilk dörd ayında artım templərinin gözləntilərdən nisbətən aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtının dəyişdirilməsi ilə bağlıdır.
Nazirin sözlərinə görə, icra olunmalı olan bir sıra dövlət investisiyaları ilə bağlı fəaliyyət, o cümlədən tikinti işləri növbəti mərhələdə həyata keçiriləcək.
“İlin dörd ayında gördüyümüz dinamika ondan ibarətdir ki, bir sektorda kəskin azalma müşahidə edirik. Bu da tikinti sektorudur. Vurğulamaq istəyirəm ki, bu, daha çox özəl tikintinin azalması ilə deyil, dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə bağlıdır”, - deyə Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, hökumət bu prosesin səbəblərini anlayır və onun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu müəyyən edib. Onun sözlərinə görə, bu istiqamətdə aidiyyəti qurumlarla, xüsusilə maliyyə-iqtisadi blokda fəaliyyət göstərən qurumlarla birgə iş aparılır.
Mikayıl Cabbarov qeyd edib ki, tikinti sektorunda azalma müşahidə olunsa da, qeyri-neft-qaz sektorunun digər sahələrində artım qeydə alınır. Neft-qaz sektorunda isə ilin ilk dörd ayında azalma baş verib.
“Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib. Bunu 2025-ci ildə də gördük. Daha uzun dövrü götürsək, 2021-2025-ci illərdə bu sektorda orta illik artım 6 faiz, 2022-2025-ci illərdə isə 5,7 faiz təşkil edib”, - nazir bildirib.
Onun sözlərinə görə, bu göstəricilər dünya iqtisadiyyatı, inkişaf etməkdə olan ölkələr və yuxarı orta gəlirli ölkələrlə müqayisədə qənaətbəxşdir. Nazir qeyd edib ki, müvafiq dövrdə dünyada iqtisadi artım 3 faiz, inkişaf etməkdə olan ölkələrdə 3,8 faiz, yuxarı orta gəlirli ölkələrdə isə 3,9 faiz təşkil edib.

Mikayıl Cabbarov bildirib ki, ilin ilk dörd ayında qeyri-neft-qaz iqtisadiyyatının bir sıra sahələrində müsbət dinamika müşahidə olunur. İnformasiya və rabitə sektorunda artım 9 faizə yaxın, qeyri-neft-qaz sənayesində 7,8 faiz, nəqliyyatda 4,5 faiz, ticarətdə isə 3,7 faiz olub.
Nazirin sözlərinə görə, ilin sonuna qədər əsas diqqət məlum səbəblərin aradan qaldırılmasına, xüsusilə tikinti sektorunda fəaliyyətin canlandırılmasına yönəldiləcək. Bu istiqamətdə həm dövlət, həm də özəl sektor üzrə tədbirlər hədəflənir.
Mikayıl Cabbarov turizm sektorunda artım templərinin yavaşladığını da qeyd edib. O bildirib ki, Yaxşın Şərqdə münaqişələrin nəticələri turizm sektorundan da təsirsiz ötüşmür və bu sahədəki vəziyyət daha çox regionda baş verən proseslərdən asılı olacaq.
Nazir əlavə edib ki, digər sahələrdə artım templərinin sürətləndirilməsi üçün ciddi maneə görünmür.
“Qeyri-neft-qaz ixracının sürətlə artırılması davam edir. İlin dörd ayında bu istiqamətdə 17 faizdən yuxarı artım tempi görürük və bunu müsbət hal kimi qiymətləndiririk”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
Mikayıl Cabbarov qeyd edib ki, son aylarda neft-qaz qiymətlərinin yüksək olması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Bununla belə, nazir gəlirlərlə iqtisadi artım tempinin tam eyniləşdirilməsinin doğru olmadığını bildirib.
Onun sözlərinə görə, bu göstəricilər arasında müəyyən əlaqə olsa da, hər zaman birbaşa bağlılıq mövcud deyil.
“Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlarımıza yönəldirik. Ehtiyatlarımız isə öz növbəsində sabitliyin təmin edilməsinə, makroiqtisadi və fiskal dayanıqlılığa, Dövlət Neft Fondunun və Mərkəzi Bankın rezervlərinin gücləndirilməsinə, eləcə də iqtisadiyyatın şoklardan qorunmasına xidmət edir”, - deyə Mikayıl Cabbarov əlavə edib.
© İqtisadiyyat naziri Mikayıl Cabbarovun AZƏRTAC-a və İTV-yə müsahibəsi
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
10 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
11 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
11 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
11 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
11 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
























