Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
(®) Unicapital İnvestisiya Şirkəti Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə təşkil olunan “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində uğurla çıxış edərək 3-cü yerin sahibi olub.
Turnirin üçüncülük uğrunda oyunu 6 iyun 2026-cı il tarixində keçirilib. Unicapital komandası Avrora Qrup şirkətiilə qarşılaşaraq 7:4 hesablı inamlı qələbə qazanıb vəturniri mükafatçılar sırasında başa vurub.
“Dirçəliş Kuboku” Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi mühüm sosial-idman layihələrindən biridir. Turnirdən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Layihənin əsas məqsədi Qarabağın bərpası və dayanıqlı inkişafına dəstək verməklə yanaşı, cəmiyyətdə ianəçilik mədəniyyətinin və sağlam həyat tərzinin təşviq olunmasına töhfə göstərməkdir.
Qeyd edək ki, “Dirçəliş Kuboku”nda dövlət qurumlarını və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətləri təmsil edən ümumilikdə 40 komanda iştirak edib. Turnir ərzində Unicapital əməkdaşlarından ibarət komanda ümumilikdə 13 oyun keçirərək həm idman ruhunu, həm də komanda həmrəyliyini məharətlə nümayiş etdirib.
Unicapital üçün bu turnir sadəcə idman yarışı deyil, həm də ölkəmizin gələcəyinə, sosial həmrəyliyə və Qarabağın dirçəlişinə verilən töhfənin bir hissəsidir. Şirkət bundan sonra da ictimai əhəmiyyət daşıyan təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

























