Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ

“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Direktoru İkram Səfərəliyev ilə müsahibə. "Biz “Capital Partners” olaraq bu prosesdə marketmeyker qismində iştirak etməyi planlaşdırırıq
AzVak-mobil_resmin_ustu_31
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı (mobil)_32

İkram Səfərəliyev: “Bu gün insanlar yalnız maliyyə xidmətlərindən istifadə etmir, iqtisadi dəyərin formalaşmasında iştirakçıya çevrilirlər”

Azərbaycanda kapital bazarlarının inkişafı yeni mərhələyə qədəm qoyur. Ölkənin aparıcı maliyyə institutlarından biri olan PAŞA Bank-ın səhmlərinin kütləvi şəkildə investorlara təklif edilməsi bu istiqamətdə atılan mühüm addımlardan hesab olunur. Bu prosesin investorlara yaratdığı imkanlar, kapital bazarlarının perspektivləri və səhmdar mədəniyyətinin formalaşması barədə “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin direktoru İkram Səfərəliyev danışıb.

- PAŞA Bank-ın səhmlərinin kütləvi satışa çıxmasını siz necə qiymətləndirirsiniz?

- Bu prosesi yalnız səhm satışı və ya IPO kimi qiymətləndirmək düzgün olmazdı. Məncə, burada söhbət maliyyə bazarlarının və iqtisadi münasibətlərin inkişafının yeni mərhələsindən gedir. Uzun illər insanlar bank xidmətlərindən istifadə edib, lakin bu gün artıq həmin sistemin inkişafında iştirak etmək imkanı əldə edirlər. Səhmdar olmaq təkcə səhm almaq deyil, şirkətin uzunmüddətli inkişafına ortaq olmaq deməkdir.

PAŞA Bank kimi böyük və dayanıqlı maliyyə institutunun səhmlərinin geniş investor kütləsinə təqdim olunması insanlara bankın gələcək inkişafından və yaratdığı dəyərdən faydalanmaq imkanı yaradır. Eyni zamanda, bu addım ölkənin kapital bazarlarının dərinləşməsi, investisiya mədəniyyətinin formalaşması və maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

- İlk dəfə səhmdar olan insanın maliyyəyə baxışı necə dəyişir?

- Ən böyük dəyişiklik insanın düşüncə tərzində baş verir. O, artıq yalnız əmək fəaliyyəti hesabına gəlir əldə etməyi deyil, eyni zamanda kapitalının da onun üçün işləməsini düşünməyə başlayır. Səhmdar olduqdan sonra insanlar şirkətlərin fəaliyyətinə, iqtisadi proseslərə və maliyyə bazarlarına daha böyük maraq göstərirlər. Çünki artıq bu proseslər onların şəxsi maliyyə nəticələrinə birbaşa təsir edir. İlk dividend gəliri və ya investisiyadan əldə olunan ilk qazanc isə çox vaxt mühüm dönüş nöqtəsinə çevrilir. İnsan anlayır ki, düzgün qərarlar verildikdə kapital da əlavə dəyər yarada və gəlir gətirə bilər. Səhmdar olmaq insanı sadəcə maliyyə xidmətlərinin istifadəçisindən iqtisadiyyatın iştirakçısına çevirir.

- Dünyada milyonlarla insanın səhmlərə investisiya etməsinin əsas səbəbi nədir?

- İnkişaf etmiş ölkələrdə insanlar uzunmüddətli maliyyə rifahının yalnız əmək gəlirləri hesabına deyil, eyni zamanda investisiyalar vasitəsilə formalaşdığını yaxşı anlayırlar. Bu yanaşmanın əsasında kapitalın da insan kimi işləməsi prinsipi dayanır. İnsanlar zamanla formalaşdırdıqları vəsaiti düzgün investisiya alətlərinə yönləndirməklə onu əlavə dəyər və uzunmüddətli gəlir mənbəyinə çevirirlər. Məhz buna görə onlar maliyyə bazarlarını yaxından izləyir, iqtisadi prosesləri təhlil edir və yeni investisiya imkanlarını daim qiymətləndirirlər.

Kapital bazarlarının ən mühüm üstünlüklərindən biri isə likvidlikdir. Məsələn, daşınmaz əmlak gəlirli investisiya hesab olunsa da, onun pula çevrilməsi müəyyən vaxt tələb edə bilər. Kapital bazarında isə investor ehtiyac yarandıqda aktivlərini daha operativ şəkildə idarə etmək, bazarda yaranan yeni imkanlardan çevik şəkildə yararlanmaq imkanı əldə edir. Bu xüsusiyyət kapital bazarlarını digər investisiya alətlərindən fərqləndirən əsas amillərdən biridir. Elə buna görə də, dünyada milyonlarla insan yalnız işləməklə kifayətlənmir, eyni zamanda istifadə etdikləri və etibar göstərdikləri şirkətlərin inkişafına ortaq olmaqla öz kapitallarını artırır və uzunmüddətli sərvət formalaşdırırlar.

- Bank səhmlərini digər investisiya istiqamətlərindən fərqləndirən nədir?

- Bank sektoru maliyyə sisteminin əsas sütunlarından biri olmaqla yanaşı, investorlar üçün ən şəffaf və hesabatlı fəaliyyət istiqamətlərindən hesab olunur. Sektorun güclü tənzimləmə mühiti, yüksək korporativ idarəetmə standartları və müntəzəm açıqlanan maliyyə göstəriciləri investorlara fəaliyyət nəticələrini obyektiv qiymətləndirmək və daha məlumatlı qərarlar qəbul etmək imkanı yaradır.

Hesab edirəm ki, PAŞA Bank kimi ölkənin aparıcı maliyyə institutunun səhmlərinin investorlara təqdim olunması kapital bazarlarının inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu, insanlara yalnız maliyyə xidmətlərindən istifadə edən müştəri kimi deyil, həm də həmin dəyəri yaradan ekosistemin bir hissəsi kimi iştirak etmək imkanı verir.

Fikrimcə, burada əsas məsələ yalnız investisiya etmək deyil, insanların ölkənin iqtisadi inkişafında daha aktiv iştirakçıya çevrilməsidir. Kapital bazarları insanlara aparıcı şirkətlərin inkişafına ortaq olmaq, iqtisadi artımın yaratdığı dəyərdə pay sahibi kimi iştirak etmək və uzunmüddətli sərvət formalaşdırmaq imkanı yaradır. Əslində bu, müasir kapital bazarlarının əsas fəlsəfəsi olan investorlarla şirkətlər arasında qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşmasınıtəşkil edir.

- Azərbaycanda əvvəlki IPO təcrübələri bazara nə göstərdi?

- Son illərdə həyata keçirilən IPO-lar Azərbaycanda kapital bazarlarının inkişafında yeni mərhələnin əsasını qoymaqla yanaşı, investorların bu bazara artan marağını da aydın şəkildə nümayiş etdirib.Bunun ən uğurlu nümunələrindən biri ABB-nin IPO prosesi oldu. Həmin IPO-da 33 710 investor iştirak edib, 49 mindən çox sifariş yerləşdirilib, bankın fiziki şəxs səhmdarlarının sayı isə 1794 nəfərdən 35 mindən çox şəxsə yüksəlib. Fikrimcə, burada ən önəmli göstərici məhz kapital bazarlarına ilk dəfə daxil olan investorların sayı idi. Bu nəticələr göstərdi ki, Azərbaycanda insanlar investisiya imkanlarına maraq göstərir, kapital bazarlarına etibar edir və uzunmüddətli maliyyə alətlərində iştirak etməyə hazırdırlar.

ABB-nin IPO təcrübəsi eyni zamanda onu da nümayiş etdirdi ki, bazarda şəffaf, etibarlı və güclü korporativ idarəetməyə malik şirkətlər tərəfindən təqdim olunan investisiya imkanlarına ciddi tələb mövcuddur. Bu, həm yeni investorların bazara cəlb olunması, həm də gələcəkdə digər şirkətlərin kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarını qiymətləndirməsi baxımından mühüm siqnal hesab oluna bilər.

Ətraflı məlumat:  ABB IPO nəticələri – Bakı Fond Birjası

- Kapital bazarlarında yeni investorların qərar verməsində likvidlik və çıxış strategiyası vacib rol oynayır. IPO-dan sonrakı mərhələdə investorların rahatlığı üçün hansı mexanizmlər nəzərdə tutulur?

- İlk növbədə qeyd etmək istərdim ki, abunə yazılışı mərhələsi 12 iyun tarixinədək davam edəcək. Bundan sonra səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsi həyata keçiriləcək və investorlar üçün təkrar bazar əməliyyatları əlçatan olacaq.

Kapital bazarlarının inkişafı baxımından investorların likvidliyə rahat çıxış imkanının olması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə marketmeykerlər tərəfindən birjada gündəlik alış və satış qiymətləri təqdim ediləcək ki, bu da investorlara istədikləri zaman bazarda əməliyyat aparmaq və investisiyalarını çevik şəkildə idarə etmək imkanı yaradacaq.

Biz “Capital Partnersİnvestisiya Şirkəti” olaraq bu prosesdə marketmeyker qismində iştirak etməyi planlaşdırırıq. Məqsədimiz yalnız investorların bazara çıxışını təmin etmək deyil, eyni zamanda onların investisiya təcrübəsini daha rahatvə əlçatan edən mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Hesab edirik ki, güclü və dayanıqlı kapital bazarının əsas şərtlərindən biri investor etimadının və bazar likvidliyinin davamlı şəkildə dəstəklənməsidir.

- Sonda IPO-da iştirak etmək istəyən şəxslərə nə demək istərdiniz?

-  Dünyanın inkişaf etmiş kapital bazarlarında insanlar istifadə və etibar etdikləri şirkətlərin səhmdarı olmaqla həm öz maliyyə gələcəklərini formalaşdırır, həm də həmin şirkətlərin uzunmüddətli inkişafına töhfə verirlər. Düşünürəm ki, Azərbaycanda da bu yanaşmanın daha geniş yayılması kapital bazarlarının inkişafına və investisiya mədəniyyətinin formalaşmasına mühüm töhfə verəcək.

Bu baxımdan PAŞA Bank-ın səhmlərinin investorlara təqdim olunması bazarımız üçün əlamətdar hadisədir. Çünki, bu IPO-nun ən önəmli tərəfi insanların ölkənin aparıcı maliyyə institutlarından birinin inkişaf hekayəsinə ortaq olmaq imkanı əldə etməsidir.

Səhmləri “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin ofisinə yaxınlaşmaqla və Bakı Fond Birjasının üzvü olan digər investisiya şirkətləri vasitəsilə abunə yazılışı sifarişi verməklə əldə edə bilərsiniz. Həmçinin, Rabitəbank ASC-nin bütün filiallarından və bütün banklarda pul köçürmələri etmək mümkündür.

Eyni zamanda investorlar bu proses zamanı şirkətimiz tərəfindən təqdim olunan peşəkar investisiya məsləhəti, portfel idarəçiliyi və vasitəçilik xidmətlərindən, eləcə də mövcud qanunvericiliyin təqdim etdiyi vergi üstünlüklərindən faydalana bilərlər.

Sonda qeyd etmək istərdim ki, əsas məqsəd yalnız vəsaiti saxlamaq deyil, kapitalınızın sizin üçün işləməsini və gəlir gətirməsini təmin etməkdir. Biz hər kəsi iqtisadiyyatın yeni mərhələsinin iştirakçısı olmağa dəvət edirik.

IPO ilə bağlı ətraflı məlumat və müraciət üçün: PAŞA Bank IPO platforması

ƏTRAFLI MƏLUMAT ÜÇÜN ƏLAQƏ:

“Capital Partners İnvestisiya Şirkəti” QSC

Tel.: (+99410) 230 88 09

E-mail: info@capitalpartners.az

Ünvan: AZ1010, Bakı şəhəri, Kövkəb Səfərəliyeva küç. 16,

Time Biznes Mərkəzi, 7-ci mərtəbə.

PAŞA Bank IPO PAŞA Bank səhmləri PAŞA Bank səhm satışı PAŞA Bank abunə yazılışı PAŞA Bank investisiya PAŞA Bank investorlar PAŞA Bank dividend PAŞA Bank kapital bazarı Capital Partners Capital Partners İnvestisiya Şirkəti İkram Səfərəliyev kapital bazarları Azərbaycanda kapital bazarı IPO Azərbaycanda bank səhmləri səhmdar olmaq investisiya mədəniyyəti səhmdar mədəniyyəti Bakı Fond Birjası BFB investisiya şirkətləri marketmeyker təkrar bazar səhm alışı səhm investisiyası dividend gəliri uzunmüddətli investisiya kapitalın işləməsi maliyyə bazarları investisiya imkanları ABB IPO IPO təcrübəsi investor etimadı bazar likvidliyi portfel idarəçiliyi investisiya məsləhəti Azərbaycanda investisiya maliyyə rifahı kapital bazarlarının inkişafı PAŞA Bank IPO platforması
04.06.2026 12:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Yayın ilk böyük endirimi!
Yayın ilk böyük endirimi!
04.06.2026 11:58
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19