NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.
Əməkdaşlıq çərçivəsində bu ildən etibarən “YAŞAT” Fondunun təşkilatçılığı ilə “Zərif Görüş” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi şəhidlərin həyat yoldaşları arasında ünsiyyətin gücləndirilməsi, mənəvi dəstəyin göstərilməsi, müsbət psixoloji mühitin formalaşdırılması, onların şəxsi potensiallarının kəşf və inkişafına dəstək olmaqdır. Bakıda və digər regionlarda səhər yeməyi formatında keçirilən tədbirlərdə müxtəlif mövzularda təlimlər və psixoloqlarla interaktiv dialoqlar təşkil edilir, iştirakçılara hədiyyələr təqdim olunur. Bu günədək 7 tədbirdə 250-dən çox şəhid xanımı iştirak edib və ilin sonunadək bu sayın daha da artacağı nəzərdə tutulur.
NEQSOL Holding-in dəstəyi ilə hazırda “YAŞAT” Fondu tərəfindən “Hədiyyə Karvanı” layihəsi də həyata keçirilir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün ölkəni əhatə etməklə 14 yaşadək olan 1600-dən çox şəhid övladına bayram hədiyyələri təqdim edilir. Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.
NEQSOL Holding və “YAŞAT” Fondu arasında əməkdaşlıq davamlı olaraq həyata keçirilir.
Belə ki, NEQSOL Holding-in dəstəyi ilə ötən il 2000-dən çox şəhid övladına, bir çoxu bir neçə layihə çərçivəsində olmaqla, “YAŞAT” Fondunun təşkil etdiyi Məktəb Ləvazimatları ilə Təminat (1467 nəfər), “YAŞAT” Yay Düşərgəsi (457 nəfər), Birləşmiş Krallıqda Yay Məktəbi (10 nəfər) və Hədiyyə Karvanı (1673 nəfər) sosial layihələri çərçivəsində müxtəlif formalarda dəstək göstərilib. Həmçinin, 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Ümumilikdə, 2021-ci ildən etibarən Holdinqin qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
NEQSOL Holding Qurban bayramı və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















