Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
(®) Bank of Baku texnologiya və innovasiyaya əsaslanan inkişaf yanaşmasını korporativ sosial məsuliyyət layihələrində də əks etdirir.
Bu istiqamətdə Bank of Baku tərəfindən 25 may tarixində şəhid və qazi övladları üçün “RoboKəşf” adlı interaktiv təlim və ekskursiya təşkil edilib.
Sosial Xidmətlər Agentliyi və “RoboSpace” təlim mərkəzinin dəstəyi ilə STEAM İnnovasiyalar Mərkəzində baş tutan tədbirdə 9-14 yaş arası 20-dən çox uşaq iştirak edib.
Layihənin əsas məqsədi uşaqların intellektual inkişafına dəstək olmaq, onlarda müasir texnologiyalara, robototexnikaya və proqramlaşdırmaya maraq oyatmaq, həmçinin asudə vaxtlarını səmərəli və əyləncəli keçirmələrini təmin etmək olub.
Tədbirdə ilk olaraq uşaqlara müasir texnologiyalar, robototexnika barədə ilkin məlumatlar verilib. Daha sonra iştirakçılar komandalar şəklində sadə robot modellərinin hazırlanması üzərində çalışaraq öz robotlarını qurublar və təqdimatlar hazırlayıblar.
Təlimdən sonra iştirakçıların STEAM İnnovasiyalar Mərkəzinə ekskursiyası təşkil edilib. Uşaqlar mərkəzdə müxtəlif innovativ və texnoloji eksponatların olduğu otaqları gəzərək burada elm, texnologiya və mühəndislik sahələrinə dair maraqlı məlumatlar əldə ediblər, eləcə də bir çox eksponatı əyani şəkildə sınaqdan keçiriblər.
Tədbirin sonunda “RoboKəşf” tədbirinin bütün iştirakçılarına Bank of Baku tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bank bu cür təşəbbüslərlə texnologiya sahəsində gələcəyin mütəxəssislərinin yetişməsinə öz dəstəyini ifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















