“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
(®) 22 may 2026-cı il tarixində Quba şəhərində “Regional biznesin inkişafı və rəqəmsallaşma sammiti – Regional Expo: Quba 2026” tədbiri təşkil olunub. Tədbir regionlarda sahibkarlığın inkişafı, rəqəmsal transformasiya imkanlarının genişləndirilməsi, biznes mühitinin gücləndirilməsi və yeni əməkdaşlıqların təşviqi məqsədilə dövlət və özəl sektor nümayəndələrini, sahibkarları, investorları və müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirib.
MUSIAD, TECHERA və QIAD-ın birgə təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, “Rabitəbank” ASC-nin qızıl sponsorluğu ilə baş tutub.
Regionun biznes və sahibkarlıq potensialını nümayiş etdirən sərgidə Quba və ətraf rayonlardan fəaliyyət göstərən 130-dan çox müəssisə və təşkilat iştirak edib. Tədbir çərçivəsində kənd təsərrüfatı, sənaye, turizm, innovasiya və xidmət sahələrini təmsil edən iştirakçılar öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim ediblər. Gün ərzində sərgiyə təxminən 10.000 nəfərin qatılması isə tədbirin regionda biznes əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıqların formalaşması və sahibkarlıq mühitinin inkişafı baxımından böyük maraq doğurduğunu göstərib.
Tədbirin rəsmi açılış hissəsində dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçiləri və biznes liderləri çıxış edərək regionlarda sahibkarlığın inkişafı, investisiya imkanlarının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və innovativ biznes mühitinin formalaşdırılması mövzularına toxunublar. Çıxışlarda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, məşğulluq imkanlarının artırılması, peşəkar kadr hazırlığı, universitet-sənaye əməkdaşlığı və rəqəmsal transformasiyanın regional biznes ekosisteminə təsiri xüsusi vurğulanıb. Tədbir iştirakçıları bu cür platformaların regionlarda yeni tərəfdaşlıqların qurulması və dayanıqlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Sammit çərçivəsində “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Orhan Gültekin çıxış edərək sahibkarlığın maliyyələşdirilməsi, biznes kreditlərinə əlçatanlığın artırılması və regionlarda iqtisadi aktivliyin dəstəklənməsi istiqamətində bank sektorunun rolundan danışıb. O bildirib ki, “Rabitəbank” real sektorun inkişafına töhfə verən, sahibkarların dayanıqlı inkişafını dəstəkləyən maliyyə həllərinin genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.
Daha sonra tədbirin Qızıl sponsoru qismində çıxış edən “Rabitəbank” ASC tərəfindən sahibkarlarla xüsusi görüş təşkil olunub, onlarla qarşılıqlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq perspektivləri və regionlarda biznes fəaliyyətinin genişləndirilməsi istiqamətində imkanlar müzakirə olunub. Tədbir zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkədə maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən maarifləndirmə fəaliyyətlərinin əhəmiyyəti, sahibkarlar üçün bank sektorunun təqdim etdiyi biznes kreditlərinin əlçatanlığı, təhlükəsiz və dayanıqlı maliyyə resursları, İslam bankçılığı məhsulları, eləcə də innovativ bank həlləri istiqamətində fikir mübadiləsi aparılıb . Sammit iştirakçılarını maraqlandıran bank xidmətləri və maliyyə alətləri ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, bu istiqamətdə keçirilən görüş və maarifləndirici təşəbbüslər regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə əlçatanlığının və bilik səviyyəsinin artırılmasına xidmət edir. Görüşlərdə sahibkarların maliyyə biliklərinin gücləndirilməsi, rəqəmsal maliyyə alətlərindən düzgün istifadə bacarıqlarının formalaşdırılması və dayanıqlı biznes idarəçiliyinin təşviqi iqtisadi inkişaf baxımından mühüm rol oynayır. “Regional Expo Quba 2026” sammiti də kənd təsərrüfatı, turizm, innovasiya, xidmət və istehsal sahələrini əhatə edən geniş iştirakçı profili ilə regionun iqtisadi inkişafına töhfə verən əhəmiyyətli platformalardan biri kimi diqqət çəkib.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
























