Expressbank Yevlaxda 50-dən çox sahibkar üçün “Maliyyə savadlılığı” təlimi keçirib
(®) Expressbank ASC KOBİA-nın dəstəyilə mikro sahibkarlar üçün maliyyə savadlılığına həsr olunmuş növbəti maarifləndirici sessiyanı Aran Regional İnkişaf Mərkəzində həyata keçirib.
Tədbirin əsas məqsədi Bərdə, Yevlax və ətraf ərazilərdə yaşayan sahibkarların maliyyə biliklərinin gücləndirilməsi, biznes idarəetməsində daha effektiv yanaşmaların təşviqi və bank-müştəri münasibətlərində düzgün maliyyə davranışlarının formalaşdırılması olub.
Təlim çərçivəsində iştirakçılara biznes fəaliyyətində maliyyə planlamasının əhəmiyyəti, dövriyyənin düzgün idarə olunması, kredit alətlərindən səmərəli istifadə və rəqəmsal bankçılıq imkanları barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda sahibkarlarla maliyyə risklərinin idarə olunması, biznesin inkişaf strategiyasının qurulması və dayanıqlı maliyyə vərdişlərinin formalaşdırılması istiqamətində praktiki nümunələr əsasında müzakirələr aparılıb.
İnteraktiv formatda təşkil olunan görüş zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, gündəlik biznes fəaliyyətində qarşılaşılan maliyyə çətinlikləri üzrə real təcrübələr paylaşılaraq faydalı tövsiyələr verilib. Tədbir, ümumilikdə, 50-dən çox sahibkarın maliyyə savadlılığının artırılmasına və biznes biliklərinin inkişafına töhfə verib.
Expressbank regionlarda sahibkarlığın inkişafına dəstək göstərilməsi, mikro biznes nümayəndələrinin maliyyə əlçatanlığının artırılması və maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində layihələrini gələcək dövrdə də davam etdirməyi nəzərdə tutur.
Qeyd edək ki, Expressbank Bakı, Bərdə, Mingəçevir və digər bölgələrdə olmaqla, ümumilikdə, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















