“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
“CPM-invest İnvestisiya Şirkəti” ASC-nin aktivləri azalıb, xalis mənfəəti isə 6,6 dəfə artıb
“CPM-invest İnvestisiya Şirkəti” ASC 2025-ci ili 1 milyon 110 min 518 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 942 min 472 manat və ya 560,8% (6,6 dəfə) çoxdur. 2024-cü ildə şirkətin xalis mənfəəti 168 min 46 manat olmuşdu.
Marja.az “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin 2025-ci il üzrə illik maliyyə hesabatları və auditor hesabatına istinadən xəbər verir ki, Şirkətin gəlirləri 2025-ci ildə 2 milyon 968 min 197 manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 2 milyon 507 min 141 manatla müqayisədə 461 min 56 manat və ya 18,4% artıb.
Eyni zamanda, inzibati və digər əməliyyat xərcləri 2 milyon 297 min 84 manatdan 1 milyon 495 min 800 manata düşüb. Beləliklə, xərclər 801 min 284 manat və ya 34,9% azalıb. Nəticədə şirkətin əməliyyat mənfəəti 210 min 57 manatdan 1 milyon 472 min 397 manata yüksəlib. Artım 1 milyon 262 min 340 manat və ya 601% təşkil edib.
Mənfəət vergisi xərci isə artan mənfəət fonunda 42 min 11 manatdan 294 min 479 manata yüksəlib. Bu, 252 min 468 manat və ya 601% artım deməkdir.
Aktivlər 92%-dən çox azalıb
2025-ci ilin sonuna “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri 2 milyon 9 min 583 manat olub. 2024-cü ilin sonunda bu göstərici 26 milyon 222 min 990 manat idi. Beləliklə, aktivlər 24 milyon 213 min 407 manat və ya 92,3% azalıb.
Ən kəskin azalma cari aktivlərdə qeydə alınıb. Cari aktivlər 25 milyon 894 min 189 manatdan 1 milyon 799 min 629 manata düşüb. Azalma 24 milyon 94 min 560 manat və ya 93,1% təşkil edib.
Bu azalmanın əsas səbəbi yüklü maliyyə aktivlərinin 24 milyon 650 min 866 manatdan sıfıra enməsi olub.
Kapital artıb, öhdəliklər kəskin azalıb
Ötən il, “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin cəmi kapitalı 2024-cü ili sonundakı 1 milyon 544 min 229 manatdan 1 milyon 910 min 518 manata yüksəlib. Artım 366 min 289 manat və ya 23,7% təşkil edib.
Nizamnamə kapitalı isə 400 min manatdan 800 min manata çatdırılıb. Bu, 400 min manat və ya 100% artım deməkdir.
Şirkətin cəmi öhdəlikləri 24 milyon 678 min 761 manatdan 99 min 65 manata enib. Azalma 24 milyon 579 min 696 manat və ya 99,6% təşkil edib.
Hesabatdan görünür ki, 2025-ci ildə şirkətin balansı ciddi şəkildə kiçilib. Aktivlərin 92%-dən çox azalması, xüsusilə 24,7 milyon manatlıq yüklü maliyyə aktivlərinin balansdan çıxması ilə bağlıdır.
Bununla yanaşı, şirkətin mənfəətliliyi kəskin yaxşılaşıb. Gəlirlərin 18,4% artması və xərclərin 34,9% azalması nəticəsində əməliyyat mənfəəti 7 dəfəyə yaxın yüksəlib. Bu isə “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin 2025-ci ildə daha kiçik balansla, lakin daha yüksək gəlirliliklə fəaliyyət göstərdiyini göstərir.
Qeyd edək ki, “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalının 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
Şirkət 2025-ci il IV rübün sonunda 14 nəfər işçiyə malik olub (2025-ci il I rübün sonunda- 16 nəfər).
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 6 d. əvvəl
-
-
42 d. əvvəl
50 investor 1 milyon manat yatırdı – BOKT-un istiqrazları tam yerləşdirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İran: Yeni hücum olarsa, müharibənin coğrafiyasını dəyişəcəyik
-
2 saat əvvəl
Mərkəzi “Bank Respublika” - “AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
-
2 saat əvvəl
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
-
3 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı 23 sentyabrda mühüm qərarını açıqayacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Beynəlxalq Maliyyə Korporasiyası "Bank Respublika"da uzunmüddətli investor olaraq qalmaq niyyətindədir
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
İran: Yeni hücum olarsa, müharibənin coğrafiyasını dəyişəcəyik
Mərkəzi “Bank Respublika” - “AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
Azərbaycan Mərkəzi Bankı 23 sentyabrda mühüm qərarını açıqayacaq
Azərbaycanın keytrinq şirkəti müflis oldu –ləğvetmə qərarı verildi
Mərkəzi Bank: Kommersiya banklarını birləşməyə məcbur etmirik
“Prior Credit” BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Azərbaycan biznesindən Özbəkistanda yeni həmlə
Rəsmi məzənnələr açıqlandı



















