Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
Natura meyvə şirələrinin dəstəyi ilə fiziki məhdudiyyətli uşaqlar üçün pizza, rəsm, duluzçuluq və s. masterklasslarına start verilib.Natura meyvə şirələri və “Ümidlə Gəl” Xeyriyyə Cəmiyyətinin birgə əməkdaşlığı ilə fiziki məhdudiyyətli uşaqlar üçün pizza, rəsm, duluzçuluq və s. masterklassların təşkilinə start verilib.
Qəbələ Konserv Zavodu və Ümidlə Gəl Xeyriyyə Cəmiyyəti tərəfindən həyata keçirilən birgə sosial layihə çərçivəsində Natura meyvə şirələrinin dəstəyi ilə fiziki məhdudiyyətli uşaqlar üçün pizza, rəsm, duluzçuluq və s. masterklasslarına start verilib. Layihə çərçivəsində il sonunadək ümumilikdə 500 uşağın müxtəlif vaxtlarda təşkil olunan masterklasslarda iştirakı nəzərdə tutulur.
Keçirilən ilk masterklass zamanı uşaqlar pizza hazırlanmasının mərhələləri ilə yaxından tanış olub, öz pizzalarını hazırlayaraq maraqlı və əyləncəli vaxt keçiriblər. Tədbir iştirakçıları həm yeni bacarıqlar əldə edib, həm də birgə fəaliyyətlər vasitəsilə ünsiyyət və komanda işi təcrübəsi qazanıblar.
Layihənin əsas məqsədi fiziki məhdudiyyətli uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların gündəlik həyatına sevinc qatmaq və özlərini daha rahat ifadə edə biləcəkləri mühit yaratmaqdır. Masterklasslar zamanı uşaqların maraq və ehtiyaclarına xüsusi diqqət göstərilir, onlar üçün təhlükəsiz və səmimi atmosfer formalaşdırılır.
İlin sonunadək davam edəcək tədbirlər çərçivəsində uşaqlar müxtəlif qruplar şəklində masterklasslara qatılacaq, proseslərdə yaxından iştirak edəcək və yeni dostluqlar qurmaq imkanı əldə edəcəklər. Layihə uşaqların sosial aktivliyinin artırılmasını və onlarda özünəinam hissinin güclənməsini hədəfləyir.
Novex Group-a daxil olan Qəbələ Konserv Zavodu sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyət üçün faydalı təşəbbüslərə dəstəyini davam etdirir və gələcəkdə də uşaqların inkişafına yönəlmiş layihələrdə aktiv iştirak etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















