Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 17,4 milyard dollara çatıb2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 485,7 milyon ABŞ dolları və ya 2,9% artaraq 17 milyard 403,3 milyon ABŞ dollarına çatıb.
Marja.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hazırladığı “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası” məlumatlarına əsasən aparılan müqayisə göstərir.
2025-ci ilin ilk 4 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon ABŞ dolları təşkil etmişdi.
İxrac kəskin artıb, idxal isə azalıb
Hesabat dövründə Azərbaycanın ixracı ciddi artım nümayiş etdirib. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında ixrac 11 milyard 878,6 milyon ABŞ dolları olub. Bu, 2025-ci ilin eyni dövründəki 8 milyard 784,7 milyon ABŞ dolları ilə müqayisədə 3 milyard 93,9 milyon ABŞ dolları və ya 35,2% çoxdur.
Əvəzində idxal azalıb. 2026-cı ilin ilk 4 ayında idxal 5 milyard 524,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında bu göstərici 8 milyard 132,9 milyon ABŞ dolları idi. Beləliklə, idxal 2 milyard 608,1 milyon ABŞ dolları və ya 32,1% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında müsbət saldo kəskin böyüyüb. 2025-ci ilin ilk 4 ayında ticarət profisiti 651,8 milyon ABŞ dolları olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 6 milyard 353,8 milyon ABŞ dollarına yüksəlib. Artım 5 milyard 702 milyon ABŞ dolları təşkil edib.
Əsas ticarət tərəfdaşlarında Böyük Britaniya kəskin irəliləyib
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ticarət dövriyyəsində əsas ölkə İtaliya olub. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 863,5 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 4 milyard 264 milyon ABŞ dolları ilə müqayisədə 400,6 milyon dollar və ya 9,4% azdır.
Ən diqqətçəkən artım isə Böyük Britaniya ilə ticarətdə qeydə alınıb. 2025-ci ilin ilk 4 ayında Böyük Britaniya ilə ticarət dövriyyəsi 481,8 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 3 milyard 559,7 milyon dollara yüksəlib. Artım 3 milyard 77,9 milyon dollar və ya 6,4 dəfə təşkil edib. 2026-cı ilin ilk 4 ayı ərzində Azərbaycandan 3 milyard 599 milyon 654 min dollar dəyərində 23 ton 550 kq işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində
qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla) ixrac olunub. Böyük ehtimalla Azərbaycanın Böyük Britaniyaya ixracının artması ixrac edilən qızılın Böyük Britaniyaya göndərilməsilə əlaqədardır.
Türkiyə ilə ticarət dövriyyəsi 1 milyard 949,8 milyon dollardan 1 milyard 847,7 milyon dollara düşüb. Azalma 102,2 milyon dollar və ya 5,2% olub.
Rusiya ilə ticarət dövriyyəsi daha kəskin azalıb. 2025-ci ilin yanvar-aprel aylarında Rusiya ilə dövriyyə 1 milyard 823,7 milyon dollar idisə, 2026-cı ilin eyni dövründə 1 milyard 41,5 milyon dollar olub. Bu, 782,2 milyon dollar və ya 42,9% azalma deməkdir.
Çinlə ticarət dövriyyəsi isə artıb. Göstərici 1 milyard 426,9 milyon dollardan 1 milyard 513,8 milyon dollara yüksəlib. Artım 86,9 milyon dollar və ya 6,1% təşkil edib.
İxracda İtaliya birinci yerdə qalıb, Böyük Britaniya ikinci yerə yüksəlib
2026-cı ilin ilk 4 ayında Azərbaycanın ixracında əsas ölkə İtaliya olub. İtaliyaya ixrac 3 milyard 709,6 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 4 milyard 113,2 milyon dollar idi. Beləliklə, İtaliyaya ixrac 403,7 milyon dollar və ya 9,8% azalıb.
Böyük Britaniyaya ixrac 2026-cı ilin ilk 4 ayında 3 milyard 470 milyon ABŞ dollarına çatıb. 2025-ci ilin müvafiq cədvəlində Böyük Britaniya ixrac üzrə əsas ölkələr sırasında yer almırdı. Bu, ümumi ixrac strukturunda Böyük Britaniyanın payının sürətlə artdığını göstərir.
Türkiyəyə ixrac 1 milyard 138,4 milyon dollardan 1 milyard 82,6 milyon dollara enib. Azalma 55,8 milyon dollar və ya 4,9% olub.
Gürcüstana ixrac isə artıb. 2025-ci ilin ilk 4 ayında Gürcüstana ixrac 234,9 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 340,3 milyon dollar təşkil edib. Artım 105,3 milyon dollar və ya 44,8% olub.
Bolqarıstana ixrac da nəzərəçarpacaq dərəcədə yüksəlib. Göstərici 221,7 milyon dollardan 335,6 milyon dollara qalxıb. Artım 113,9 milyon dollar və ya 51,4% təşkil edib.
Rusiyaya ixrac isə cüzi azalıb: 322,9 milyon dollardan 318,8 milyon dollara düşüb. Azalma 4 milyon dollar və ya 1,3% olub.
İdxalda Çin liderliyə yüksəlib, Rusiyadan idxal yarıbayarı azalıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın idxalında əsas ölkə Çin olub. Çindən idxal 1 milyard 473,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 401,9 milyon dollar idi. Beləliklə, Çindən idxal 71,9 milyon dollar və ya 5,1% artıb.
Türkiyədən idxal 811,4 milyon dollardan 765,1 milyon dollara düşüb. Azalma 46,3 milyon dollar və ya 5,7% təşkil edib.
Ən böyük azalma Rusiyadan idxalda qeydə alınıb. 2025-ci ilin ilk 4 ayında Rusiyadan idxal 1 milyard 500,8 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 722,7 milyon dollar təşkil edib. Bu, 778,1 milyon dollar və ya 51,8% azalma deməkdir.
ABŞ-dan idxal da azalıb. Göstərici 437 milyon dollardan 310,9 milyon dollara düşüb. Azalma 126,1 milyon dollar və ya 28,9% olub.
Almaniyadan idxal 319,4 milyon dollardan 224,1 milyon dollara enib. Bu isə 95,3 milyon dollar və ya 29,8% azalma deməkdir.
İrandan idxal isə artıb. 2025-ci ilin yanvar-aprel aylarında İrandan idxal 198,7 milyon dollar, 2026-cı ilin eyni dövründə isə 217,4 milyon dollar olub. Artım 18,7 milyon dollar və ya 9,4% təşkil edib.
Müqayisə göstərir ki, 2026-cı ilin ilk 4 ayında Azərbaycanın xarici ticarətində əsas dəyişiklik ixracın kəskin artması və idxalın ciddi azalması olub. Bu dinamika ölkənin ticarət balansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Əsas diqqət çəkən məqamlar bunlardır:
- Böyük Britaniya ilə ticarət və ixrac kəskin artıb.
- Rusiyadan idxal 51,8% azalıb.
- Çin idxalda lider ölkəyə çevrilib.
İtaliya ixracda və ümumi ticarət dövriyyəsində əsas tərəfdaş mövqeyini qoruyub, lakin göstəricilərində azalma qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 27 d. əvvəl
- 41 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
2 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Ən çox oxunanlar
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)
.jpg)




.jpg)









