PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində rəsmi bank tərəfdaşı qismində iştirak edib.
5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgilər zamanı Bankın nümayəndələri aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərlə görüşlər keçirərək əməkdaşlıq və maliyyələşdirmə imkanlarını müzakirə ediblər.
Sərgi çərçivəsində PAŞA Bankın təşəbbüsü ilə “Kənd təsərrüfatında maliyyələşmədən tərəfdaşlığa” mövzusunda panel sessiyası təşkil olunub. Sessiyada aqrar sahənin maliyyələşdirilməsi, dövlət dəstəyi mexanizmləri, risklərin idarə olunması və praktiki biznes təcrübələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Panel iştirakçıları kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması üçün maliyyə resursları ilə yanaşı, effektiv planlama, innovativ texnologiyaların tətbiqi və çevik risk idarəçiliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, sessiya çərçivəsində PAŞA Bankın aqrar sahədə həyata keçirdiyi layihələr, o cümlədən müasir suvarma sistemləri, istixana kompleksləri və “yaşıl enerji” əsaslı həllər barədə aqrar və qida sənayesi nümayəndələrinə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, PAŞA Bank real sektorun inkişafına dəstək göstərmək və xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən bizneslər üçün əlçatan maliyyə həlləri təqdim etmək istiqamətində fəaliyyətini davam etdirir. Əldə etdiyi uğurlar nəzərə alınaraq, PAŞA Bank beynəlxalq maliyyə nəşri olan “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” nominasiyalarında mükafata layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















