ABB-nin Özbəkistanda almaq istədiyi bankın adı açıqlandı
2026-cı ilin 2-ci yarısında "Azərbaycan Beynəlxalq Bankı" Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ının səhmlərinin 51 %-ni alaraq bu ölkədə fəaliyyətə başlayacaq.
Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik, ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq. Bunun üçün həm Azərbaycanın tənzimləyici orqanlarının, həm də Özbəkistan Mərkəzi Bankının müsbət rəyləri alınmalıdır",- deyə o qeyd edib.
Sədrin sözlərinə görə, özbək bankının aktivləri təxminən 1 milyard ABŞ dollarıdır:
"Onun 1,4 milyondan artıq müştərisi, 43 filial və biznes mərkəzi var. Biz bir çox maliyyə qurumları ilə danışdıq və sonda bu bank üzərində dayandıq. Seçim meyarları sağlam biznes modelinin olması, Özbəkistan bazarında SME müştəriləri ilə işləməkdə müsbət reputasiya, xarici maliyyə qurumları (Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı və s.) ilə yaxşı əlaqələr, səhmdarın öz payını satmaq istəyi və bizim strateji hədəflərimizin üst-üstə düşməsi idi.
Özbəkistan bankının nəzarət səhm paketinin alması üzrə əqdin dəyərinin əqdin bağlanması tarixindən asılı olaraq 100 milyon ABŞ dollarından artıq olacağı proqnozlaşdırılır".
"Davr Bank" 2001-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Bundan başqa, A.İbrahimov deyib ki, kənar audit yoxlamasına əsasən, ABB ötən ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub: "Bu, əvvəlki illə müqayisədə 12,4 % çoxdur. Bankımız 2025-ci ili həm də əhəmiyyətli böyümə ilə başa vurüb. O cümlədən, kredit portfelimiz 2024-cü illə müqayisədə 12 % artaraq 7 milyard manatı keçib. Aktiv müştərilərimizin sayı il ərzində 15% artım nümayiş etdirib".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
XXX
Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.
Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq", - deyə o qeyd edib.
Bundan başqa, A.İbrahimov deyib ki, kənar audit yoxlamasına əsasən, ABB ötən ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub:
"Bu, əvvəlki illə müqayisədə 12,4 % çoxdur. Bankımız 2025-ci ili həm də əhəmiyyətli böyümə ilə başa vurüb. O cümlədən, kredit portfelimiz 2024-cü illə müqayisədə 12 % artaraq 7 milyard manatı keçib. Aktiv müştərilərimizin sayı il ərzində 15% artım nümayiş etdirib".
© "Report"
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
13 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
13 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
14 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
14 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
14 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi























