Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi - FOTOLAR
(®) “Baku Steel Company” QSC 1–3 may 2026-cı il tarixlərində keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim etdi.
Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilib. “Baku Steel Company” QSC (bundan sonra – BSC) tədbirin tərəfdaşı qismində çıxış edib.
Bu il festivalın beynəlxalq coğrafiyası genişləndi. Ötən ilin iştirakçıları olan Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Türkmənistan və Gürcüstana Qırğızıstan, Mərakeş, Nepal və Meksika qoşuldu.
Festivalın tərəfdaşı qismində BSC həmçinin tədbirə dəstək göstərib və “Baku Steel Art” Beynəlxalq Metal Simpoziumları çərçivəsində yaradılmış əsərləri təqdim edib: rumıniyalı heykəltəraş Petre Virgiliu Moqoşanunun “Məhdud məkanda hərəkət”, azərbaycanlı heykəltəraş Teymur Qəribovun “İntizam — transformasiyanın nəticəsidir”, Leyla Qabulovanın “Sükut axını” və Gursel Ələmşahovun “Su yoxdursa, həyat yoxdur” əsərləri.
Xüsusi olaraq festival üçün hazırlanmış “Polad ilmələr” instalyasiyası ekspozisiyada ayrıca yer tutub və həm böyüklər, həm də uşaqlar tərəfindən maraqla qarşılanıb. Azərbaycan xalçaçılıq mədəniyyətinin Qarabağ qrupuna aid ən tanınmış nümunələrindən biri olan Malıbəyli xalçasından ilhamlanan pazl formasında kompozisiya armaturdan hazırlanmış konstruksiyada yerləşdirilmiş və ənənəvi ornamenti poladın sənaye estetikası ilə birləşdirmişdir.
BSC-nin Beynəlxalq Xalça Festivalında iştirakı şirkətin sosial-mədəni layihələrə verdiyi əhəmiyyəti, eləcə də “Baku Steel Art” platforması vasitəsilə sənaye və incəsənətin birləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətini əks etdirir. Layihə şirkətin Azərbaycanın mədəni irsinin populyarlaşdırılmasına və onun beynəlxalq səviyyədə təşviqinə töhfəsini vurğulayır.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir
Əlavə məlumat üçün: www.bakusteel.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















