“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin Münsiflər Heyətinin qiymətləndirmə sessiyası başa çatıb.
Sessiya çərçivəsində Deloitte və PAŞA Bank təmsilçiləri namizəd şirkətləri Münsiflər Heyətinə təqdim ediblər. Təqdimatlar zamanı iştirakçı şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri ətraflı müzakirə olunub.
Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı — strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət üzrə aparılıb. Münsiflər Heyəti namizədləri bu istiqamətlər üzrə hərtərəfli nəzərdən keçirib.
Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramının məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlı inkişafını dəstəkləməkdir.
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə “Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















