İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
12 maya qədər vaxt var. Tələsmək vaxtıdır! 55 manatdan “PAŞA Bank”ın səhmini almaq üçün müddət sona yaxınlaaşır. “PAŞA Bank”ın səhmlərinə abunə yazılışı müddətinin başa çatmasına cəmi 14 gün qalıb.Azərbaycanın aparıcı banklarından biri olan “PAŞA Bank” ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO - Initial Public Offering) üzrə abunə yazılışını davam etdirir. Abunə yazılışı 13 aprel 2026-cı il tarixində başlayıb və 12 may 2026-cı il tarixinədək davam edəcək. Bu isə o deməkdir ki, PAŞA Bank səhmdarı olmaq istəyən investorlar üçün vaxt getdikcə azalır.
Marja.az-ın məlumatına görə, “PAŞA Bank” IPO çərçivəsində bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhmi investorlara təqdim edir. Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 manat müəyyən edilib. Minimum alış həcmi cəmi 1 səhm olduğu üçün IPO həm iri investorlar, həm də ilk dəfə səhm bazarına daxil olmaq istəyən fiziki şəxslər üçün əlçatan investisiya imkanı yaradır. Maksimum alış limiti isə tətbiq edilmir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” layihəni ölkənin ilk özəl IPO-su kimi təqdim edir və “PAŞA Bank” səhmlərinə abunə yazılışının əsas anderrayter vasitəsilə də həyata keçirildiyini bildirir.Abunə yazılışı səhifəsinə buradan keçid edə bilərsiniz.
55 manatdan PAŞA Bank səhmdarı olmaq imkanı
Qeyd etdiyimiz kimi “PAŞA Bank” səhmlərinin IPO qiyməti 55 manat olaraq müəyyən edilib. Minimum alışın 1 səhm olması bu prosesi yalnız böyük portfellərə malik investorlar üçün deyil, kapital bazarına ilk dəfə daxil olmaq istəyən fiziki şəxslər üçün də əlçatan edir.
Ən vacib məqam ondan ibarətdir ki, abunə yazılışı mərhələsində investor səhmi əvvəlcədən elan edilmiş ilkin yerləşdirmə qiyməti ilə əldə etmək imkanı qazanır. Daha sonra - səhmlərin bazar qiyməti artıq tələb və təklifdən, bankın maliyyə nəticələrindən, dividend siyasətindən, investor marağından və ümumi bazar şərtlərindən asılı olaraq formalaşacaq. “PAŞA Bank”ın IPO səhifəsində də qeyd olunur ki, səhmin ilkin yerləşdirmə qiyməti bankın ədalətli dəyərinin qiymətləndirilməsi əsasında müəyyən edilib, lakin son qiymət bazar dinamikası ilə formalaşacaqdır.
Başqa sözlə, hazırkı abunə dövrü investorlar üçün bazara ilkin mərhələdən daxil olmaq fürsəti yaradır. 12 may tarixi yaxınlaşdıqca bu imkan da məhdudlaşır.
IPO-nun həcmi 51 milyon manatdan çoxdur
Təklif olunan 932 926 ədəd səhmin hər biri 55 manatdan yerləşdirilərsə, “PAŞA Bank” bu IPO çərçivəsində təxminən 51,3 milyon manat vəsait cəlb edə bilər.
Bu qiymətləndirmə əsasında bankın nəzəri bazar dəyəri 1 milyard manatdan yuxarı formalaşır. Çünki kapitalın 5%-ni təşkil edən paket 51,3 milyon manat dəyərində yerləşdirilirsə, bank üzrə ümumi qiymətləndirmə təxminən 1 milyard 26 milyon manat səviyyəsinə uyğun gəlir.
Bu göstərici “PAŞA Bank” IPO-sunu Azərbaycan kapital bazarında ölçü baxımından da diqqətçəkən hadisəyə çevirir. Marja.az da əvvəlki hesablamasında bu IPO-nun PAŞA Bankı 1 milyard manatdan çox bazar dəyərinə çatdıra biləcəyini qeyd edib.
Bankın maliyyə bazası investor marağını artırır
“PAŞA Bank” Azərbaycanın ən böyük və sistem əhəmiyyətli maliyyə institutlarından biri kimi tanınır. Bank 2007-ci ildə yaradılıb və korporativ bankçılıq, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi, kiçik və orta bizneslərə xidmətlər, həmçinin fərdi bankçılıq istiqamətlərində fəaliyyət göstərir. “PAŞA Bank” aktivlərinin həcminə görə Azərbaycanın 3-cü böyük bankdır. 2026-cı ilin 31 mart tarixinə olan məlumata görə "PAŞA Bank"ın cəmi aktivləri 9 milyard 48 milyon 57 min manat təşkil edib.
2025-ci ilin yekun maliyyə nəticələri də investorlar üçün mühüm siqnallardan biridir. PAŞA Bankın 2025-ci ilin IV rüb üzrə maliyyə hesabatında bankın illik xalis mənfəətinin 148 milyon 896 min manat olduğu göstərilir.
Güclü institusional profil:
PAŞA Bank Azərbaycan bank sektorunda ilk üçlükdə yer alır və güclü kapital, likvidlik və gəlirlilik göstəriciləri ilə seçilir. Bankın eyni zamanda Gürcüstan və Türkiyədə beynəlxalq fəaliyyəti mövcuddur və o, Azərbaycan, Türkiyə, Gürcüstan, Monteneqro, Özbəkistan və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən ölkənin ən böyük konqlomeratlarından biri olan PAŞA Qrup-un tərkib hissəsidir. PAŞA Bank S&P Global Ratings tərəfindən “BB-”, proqnoz: müsbət və Moody’s Ratings tərəfindən “Ba2” (“BB” ekvivalenti), proqnoz: müsbət kredit reytinqləri ilə qiymətləndirilmişdir.
Sübut olunmuş gəlirlilik
Bank son illərdə davamlı olaraq 20–25% səviyyəsində Orta Kapital Gəlirliliyi (ROAE) nümayiş etdirmiş və təxminən mənfəətin 60%-ni dividend kimi bölüşdürmüşdür.
Gələcək perspektivlər
İrəliyə baxışda Bank orta hesabla təxminən 20% ROAE hədəfləyir və xalis mənfəətin təxminən 60%-i səviyyəsində dividend ödənişi planlaşdırır (minimum 30–40% səviyyəsi ilə). İlk gündən tam dividend hüququ Səhmlər 2026-cı ilin may ayında əldə edilsə də, yeni səhmdarlar həm 2025-ci ilin, həm də 2026- cı ilin tam ill
Dividend gözləntisi IPO-nun əsas cazibə məqamlarından biridir
PAŞA Bank səhmlərinə marağı artıran əsas amillərdən biri də dividend perspektividir. Bankın IPO üzrə rəsmi məlumatlarında bildirilir ki, ilk dividend ödənişi 2026-cı ilin iyun ayında gözlənilir, lakin bu, təsdiqdən asılıdır. Bundan əlavə, il ərzində əlavə dividend ödənişləri də nəzərdən keçirilə bilər.
Rəsmi IPO məlumatında PAŞA Bankın xalis mənfəətin minimum 30–40%-ni dividend kimi bölüşdürməyi planlaşdırdığı qeyd olunur. "PAŞA Ban”k IPO-su diqqətçəkən fürsətlərdən biri kimi görünür.
Dividend gəlirlərində vergi güzəşti də investor üçün əlavə üstünlük yaradır
Səhmlər üzrə dividend gəlirləri ilə bağlı vergi rejimi də investorların nəzərə aldığı vacib məsələlərdəndir. “PAŞA Bank”ın IPO səhifəsində qeyd olunur ki, Azərbaycanda dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 5%-dir, lakin hazırkı qanunvericiliyə əsasən, istiqrazlar üzrə ödənilən dividend 1 fevral 2028-ci ilədək vergidən azaddır.
Dövlət Vergi Xidmətinin izahına görə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycanda və ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri gəlir vergisindən azaddır.
Bu amil IPO-da iştirak edən fiziki investorlar üçün gəlirlilik hesablamasında əlavə müsbət faktor kimi çıxış edə bilər.
Abunə dövründə vəsaitə illik 5% gəlir hesablanır
“PAŞA Bank” IPO-sunda investorlar üçün daha bir maraqlı detal abunə yazılışı müddətində əvvəlcədən ödənilmiş vəsaitə illik 5% faiz gəlirinin hesablanmasıdır. Bu mexanizm investorun abunə dövründə vəsaitinin passiv şəkildə gözləməməsi baxımından əhəmiyyətlidir. “PAŞA Bank” və “PAŞA Kapital”ın açıqlamalarında bu şərt ayrıca vurğulanır.
Anderrayter “Unicapital İnvestisiya Şirkəti”nin IPO ilə bağlı məlumatında da bildirilir ki, qeydiyyat dövründə sifariş məbləğinin hesabda qaldığı müddət ərzində investorların illik 5% əlavə gəlir əldə etmək imkanı mövcuddur və faizlər abunə yazılışı bitdikdən sonra investorun hesabına köçürülür. Bu, xüsusilə böyük məbləğlə abunə yazılışına qoşulan investorlar üçün əlavə üstünlükdür. Hər bir investor Unicapital İnvestisiya Şirkəti vasitəsilə rahat şəkildə PAŞA Bank-ın səhmlərini əldə edə bilər: https://unicapital.az/ipo-pasha-bank/
Digər anderrayter "ABB-İnvest İnvestisiya Şirkəti" də "Abunə yazılışı zamanı sifariş məbləğinin hesabda qaldığı müddət ərzində illik 5% faiz gəliri əldə etmək imkanı"nın xüsusi üstünlük olaraq qeyd edir. "ABB Invest "anderrayter qismində investorlara "PAŞA Bank" səhmlərinin abunə yazılışında tam rəqəmsal və əlçatan iştirak imkanı yaradır. Şirkət qeyd edir ki, sənədləşmə növbəsi yoxdur, platforma isə şəffaf və təhlükəsizdir. Sifarişlərinizi bir neçə saniyə ərzində yerləşdirə bilərsiniz. İştirak etmək üçün ABB mobile tətbiqinə daxil olmaq, “İnvestisiya” bölməsindən abunə yazılışını tamamlamaq lazımddır.
PAŞA Bank niyə kapital bazarına çıxır?
IPO yalnız səhm satışı deyil. Bu proses bank üçün daha geniş korporativ transformasiya mərhələsidir. PAŞA Bankın IPO səhifəsində qeyd olunur ki, İlkin Kütləvi Təklif şirkətin səhmlərini ilk dəfə açıq bazarda investorların ixtiyarına təqdim etməsidir və bu proses idarəetmə fəlsəfəsini, korporativ mədəniyyəti və dayanıqlılıq yanaşmasını dəyişən transformasiya mərhələsi hesab olunur.
Bu baxımdan PAŞA Bankın IPO-ya çıxması yalnız kapital cəlbi kimi deyil, həm də şəffaflığın, korporativ hesabatlılığın və investorlarla yeni münasibət modelinin gücləndirilməsi kimi qiymətləndirilə bilər.
Azərbaycan bazarında bank sektoru ən böyük aktiv bazasına malik sahələrdən biridir, lakin səhmdar kapitalına geniş ictimai çıxış imkanları məhdud olub. “PAŞA Bank”ın bu addımı həm fərdi investorlar üçün yeni investisiya aləti yaradır, həm də yerli kapital bazarının dərinləşməsinə töhfə verir.
Səhmləri kimlər ala bilər?
“PAŞA Bank”ın səhmlərini həm fiziki, həm hüquqi şəxslər, həm rezident, həm də qeyri-rezident investorlar ala bilərlər. Bankın IPO səhifəsində bu məlumat açıq şəkildə göstərilir.
İnvestorlar abunə yazılışına “PAŞA Bank”, “Birbank Invest”, “PAŞA Kapital”, “ABB-Invest”, “Unicapital” və “Leobank” platformaları və mobil tətbiqləri vasitəsilə qoşula bilərlər. Fiziki müraciət imkanları da mövcuddur. İnvestorlar “PAŞA Bank”ın, “Kapital Bank”ın və “Unibank”ın filiallarına, eləcə də “PAŞA Kapital”ın ofisinə yaxınlaşaraq IPO-ya qoşula bilərlər.
“PAŞA Bank”ın emissiya prospekti Mərkəzi Bankın Məlumatların Elektron Açıqlanması Sistemində də dərc olunub.
Niyə indi qərar vermək vacibdir?
“PAŞA Bank”ın səhmlərinə abunə yazılışı 12 may 2026-cı il tarixinədək davam edəcək. Bu tarixdən sonra IPO mərhələsində ilkin yerləşdirmə qiyməti ilə iştirak imkanı başa çatacaq.
Hazırkı mərhələ investor üçün üç əsas səbəbə görə önəmlidir:
Birincisi, səhm qiyməti abunə dövründə əvvəlcədən elan edilmiş 55 manat səviyyəsindədir.
İkincisi, minimum alış cəmi 1 səhm olduğundan, kapital bazarına daxil olmaq üçün böyük vəsait tələb olunmur.
Üçüncüsü, “PAŞA Bank” kimi böyük maliyyə institutunun səhmdarı olmaq imkanı Azərbaycan bazarında nadir hadisədir.
Bu səbəbdən “PAŞA Bank”ın IPO-su yalnız bir bankın səhm satışı deyil, həm də yerli investorlar üçün kapital bazarında yeni mərhələyə qoşulmaq fürsətidir.
“PAŞA Bank”ın səhmdarlarından biri olmaq üçün vaxt məhduddur
“PAŞA Bank”ın IPO-su Azərbaycan kapital bazarında mühüm hadisədir. Bankın ölçüsü, bazar mövqeyi, 2025-ci il üzrə mənfəət göstəriciləri, dividend siyasəti, minimum 1 səhm ilə iştirak imkanı və abunə dövründə vəsaitə illik 5% gəlir hesablanması bu təklifi investorlar üçün diqqətçəkən edir.
Abunə yazılışı isə sonsuz deyil. Proses 12 may 2026-cı ilədək davam edəcək. Bu tarix yaxınlaşdıqca “PAŞA Bank” səhmlərini IPO mərhələsində əldə etmək imkanı da azalır.
“PAŞA Bank”ın səhmdarlarından biri olmaq, Azərbaycanda ilk IPO-lardan birində iştirak etmək və yerli kapital bazarında yeni investisiya imkanından yararlanmaq istəyən investorlar üçün qərar vermək vaxtıdır. Bu linkə keçid edərək səhmlərə abunə yazıla bilərsiniz.
Bu məqalə investisiya tövsiyəsi deyil, yalnız açıq maliyyə məlumatları əsasında aparılmış sadə qiymətləndirmə yanaşmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 23 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi






.jpg)
.jpg)




.jpg)






