Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
(®) 23 apreldə qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində “Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə Norm Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.
“Norm” ASC tərəfindən təşkil olunan 1 aylıq intensiv təlim proqramını uğurla başa vurmuş iştirakçılar QFİTT çərçivəsində TKTA tərəfindən “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirmənin birinci mərhələsində - nəzəri imtahanda iştirak ediblər. Nəzəri mərhələni uğurla tamamlayan namizədlərin qiymətləndirmənin ikinci mərhələsinə - praktik imtahana cəlb olunması nəzərdə tutulur.
Bu təşəbbüs QFİTT istiqamətində hər iki qurumun birgə həyata keçirdiyi ikinci layihədir. 2024-cü ildə icra edilmiş ilk layihədə nəzəri imtahandan müvəffəqiyyətlə keçərək praktik mərhələdə iştirak hüququ əldə etmiş 23 nəfər iştirakçıdan 21-i TKTA tərəfindən müvafiq peşə ixtisasını təsdiq edən rəsmi sənədlə təltif olunmuşdu.
Qeyd edək ki, “Norm” ASC ilə TKTA arasında QFİTT istiqamətində Anlaşma Memorandumu 2024-cü ildə imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və rəsmi şəkildə tanınmasına yönəlmiş layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi inşaat ustalarının peşəkar inkişafını dəstəkləmək, onların dayanıqlı məşğulluq imkanlarını genişləndirmək və sosial rifahının yüksəldilməsinə töhfə verməkdir. “Norm” ASC bu kimi təşəbbüslərlə ustaların inkişafına dəstək olmaqla yanaşı, ümumilikdə ölkənin inşaat sektorunun inkişafına töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















