970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma

ARDNF-nin 2026-cı ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb. 2026-cı ilin birinci rübü üzrə: ARDNF-nin aktivləri 73,5 milyard ABŞ dolları (125 milyard manat) təş, ümumi gəlirləri 3,2 milyard manat, xərcləri isə 3,2 milyard manat, neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 1,8 milyard manat otəşkil etmişdir. Dövlət büdcəsinə ARDNF tərəfindən 3,2 milyard manat köçürülmüşdür.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2026-cı ilin 1-ci rübündə Fondun aktivləri 25,6 milyon dollar azalaraq 2026-cı il mart ayının 31-nə 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) təşkil edib. 2026-cı ilin əvvəlində  Fondun aktivləri 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat), 

2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyard 180 milyon manat, neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat olmuşdur.

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 milyard 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olmuşdur. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınmışdır. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyard 223,5 milyon manat təşkil etmişdir.

Neft-qaz gəlirləri:

ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat,

bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 1 milyard 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olmuşdur.

Büdcə xərcləri:

Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Layihə xərcləri. 2026-cı ilin yanvar-mart aylarında aşağıdakı icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat.

İdarəetmə xərcləri.Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

ARDNF qeyd edib ki, 2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratmışdır. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə vermişdir. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərmişdir.

Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.

Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.

Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF aktivləri 2026 Dövlət Neft Fondu aktivləri 73.5 milyard dollar ARDNF maliyyə hesabatı 2026 ARDNF gəlirləri 2026 ARDNF büdcəyə transfert ARDNF investisiya portfeli ARDNF qızıl investisiyaları ARDNF neft-qaz gəlirləri Azərbaycan neft fondu gəlirləri AÇG yatağı gəlirləri Şahdəniz yatağı gəlirləri ARDNF investisiya gəlirləri ARDNF maliyyə bazarları təsiri ARDNF büdcə xərcləri Azərbaycan suveren fond aktivləri
23.04.2026 15:39

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19