2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Maliyyə Nazirliyi 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli (2027-2030-cu illər) proqnoz göstəriciləri açıqlayıb.
Marja.az xəbər verir ki, 2027-ci il üçün icmal büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 94,2 milyon manat və yaxud 6,9 faiz çox olmaqla 48 milyard 63,6 milyon manat, ortamüddətli dövrün sonuna (2030-cu ildə) isə 8 milyard 830,5 milyon manat və yaxud 19,6 faiz çox olmaqla 53 milyard 799,9 milyon manat proqnozlaşdırılır.
Belə ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 8,1 faiz bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8 faiz artaraq 28,4 milyard manat təşkil edəcəkdir. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17,0 faiz azalaraq dövrün sonunda 12,7 milyard manata qədər enəcəkdir.
2027-ci il üçün icmal büdcənin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 266,7 milyon manat və yaxud 2,6 faiz çox olmaqla 50 milyard 106 milyon manat, ortamüddətli dövrün sonuna isə 5 milyard 14,7 milyon manat və yaxud 10,3 faiz çox olmaqla 53 milyard 854,0 milyon manat proqnozlaşdırılır.
2027-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39 milyard 136 milyon manat proqnozlaşdırılır.
Eyni zamanda, 2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42 milyard 200 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyon manat və ya 1,2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 746,4 milyon manat və yaxud 6,6 faiz çox olmaqla 44 milyard 450 milyon manat proqnozlaşdırılır.
2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26 milyard 2,5 milyon manatı və ya 61,6 faizi cari xərclərə (2026-cı illə müqayisədə 800,9 milyon manat və ya 3,2 faiz çox), 13 milyard 800 milyon manatı və ya 32,7 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə 244,4 milyon manat və ya 1,7 faiz az), 2 milyard 397,5 milyon manatı və ya 5,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2026-cı illə müqayisədə 60,1 milyon manat və ya 2,4 faiz az) yönəldilməsi proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiz təşkil edəcəyi, 2030-cu ildə isə 2 faizə enəcəyi proqnozlaşdırılır. 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 64 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 161 milyon manat, 3 milyard 210,3 milyon manat və 3 milyard 408 milyon manat məbləğində proqnozlaşdırılır.
Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2027-2030-cu illər üzrə 65 ABŞ dolları/barel, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınmışdır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
4 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
7 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
52 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























