Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Azərbaycanın aparıcı tikinti və inşaat materiallar istehsalçıları Belarusa səfər ediblər. Nümayəndə heyətinin tərkibində,“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev də yer alıb. Pərviz Vəliyev: “Bu səfər tikinti sahəsində əməkdaşlığın genişlənməsi və innovativ texnologiyaların tətbiqi baxımından yeni imkanlar açır”Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus Respublikasına işgüzar səfər edərək iki ölkə arasında tikinti və inşaat materialları sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirib.
ATİA sədri Ramiz İsayevin rəhbərliyi ilə baş tutan səfərdə ölkəmizin aparıcı şirkətləri – "Crystal Group of Companies" ASC, "Fəxrəddin K" MMC və "Unimetal" təmsil olunub.
Nümayəndə heyətinin tərkibində, həmçinin “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev də yer alıb.
Səfər çərçivəsində nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində Memarlıq və Tikinti naziri Aleksandr Studnev və Ticarət Palatasının sədri Mixail Myatlikov ilə görüşlər keçirib. Səmimi və konstruktiv şəraitdə baş tutan müzakirələrdə tikinti sektorunun inkişaf perspektivləri, inşaat materiallarının qarşılıqlı tədarükü, birgə layihələrin icrası, eləcə də Belarus məhsullarının Azərbaycan bazarında tətbiqi və investorların ölkəmizin tikinti sektoruna cəlb edilməsi imkanları ətraflı müzakirə olunub.
Nümayəndə heyəti Belarus Tikinti İttifaqında keçirilən görüşdə İttifaqın rəhbəri Anatoli Niçkasov ilə B2B formatında danışıqlar aparıb, Azərbaycanın tikinti sektorunda həyata keçirilən layihələri təqdim edib. Görüşün yekununda ATİA ilə Belarus Tikinti İttifaqı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Səfər çərçivəsində Belqosproekt İnstitutunda keçirilən görüşdə tikinti layihələrinin dövlət ekspertizası və texniki-normativ uyğunluq məsələləri barədə geniş məlumat verilib. Burada Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihəsi təqdim olunaraq ərazilərin “yaşıl” və “ağıllı” zona kimi inkişaf perspektivləri diqqətə çatdırılıb.
Eyni zamanda, nümayəndə heyəti Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və Baş Dövlət Tikinti Ekspertizasında keçirilən görüşlərdə şəhərsalma, infrastruktur layihələri, texniki nəzarət, sertifikatlaşdırma və peşəkar hazırlıq sahəsində qabaqcıl təcrübə ilə tanış olub.
Belarusun aparıcı tikinti şirkətlərindən olan "A-100 Development" ilə keçirilən görüşdə şirkətin “Novaya Borovaya” yaşayış kompleksi təqdim edilib, qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilib. Şirkət nümayəndələri Azərbaycanın Belarusiyanın tikinti layihələrində iştirakında maraqlı olduqlarını bildiriblər. Nümayəndə heyəti, həmçinin şirkətə məxsus “Müasir Beton Konstruksiyaları” zavodunda müasir texnologiyalara əsaslanan istehsal prosesini yerində izləyib.
“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev səfərin nəticələri ilə bağlı mətbuata açıqlamasında bildirib ki, dost ölkədə olduqca vacib və əhəmiyyətli görüşlər keçirilib.
İş adamının sözlərinə görə, Belarus müasir tikinti sənayesində qabaqcıl texnologiyaların tətbiqi və yenilikçi yanaşma ilə seçilir. Keçirilən görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə innovativ texnologiyaların transferi, birgə layihələrin icrası və investisiya imkanlarının genişləndirilməsi baxımından bu səfərin nəticələri olduqca perspektivlidir.
Qeyd edək ki, səfər çərçivəsində keçirilən bütün görüşlərdə əsas prioritet kimi tikinti və inşaat materialları sahəsində əlaqələrin möhkəmləndirilməsi, innovasiyaların tətbiqi və Azərbaycan–Belarus əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində qarşılıqlı inam ifadə olunub.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
2 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
3 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
3 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
3 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə


























