“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
PAŞA Bank-ın sponsorluğu ilə keçirilən “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi çərçivəsində təşkil olunan təlim sessiyaları uğurla yekunlaşıb.
Bu mərhələdə iştirakçı şirkətlər Deloitte və PAŞA Bank mütəxəssisləri ilə öz biznes modellərini daha dərindən təhlil etmək, güclü tərəflərini müəyyənləşdirmək və inkişaf istiqamətlərini daha dəqiq formalaşdırmaq imkanı əldə ediblər. Sessiyalar interaktiv müzakirələr və praktiki yanaşmalar əsasında həyata keçirilib.
Görüşlər zamanı şirkətlər dörd əsas meyar öz fəaliyyətlərini təqdim ediblər: strategiya, idarəetmə və təşkilati potensial, innovasiya və mədəniyyət, həmçinin maliyyə göstəriciləri. Onlarla yerli və beynəlxalq təcrübələr əsasında innovativ yanaşmalar paylaşılıb və dəyər yaradan müzakirə mühiti formalaşıb. Bundan əlavə, maliyyə performansının davamlılığı, istedadların cəlbi və inkişafı üçün yaradılan imkanlar və dayanıqlı biznes təşəbbüsləri müzakirə olunub.
Sessiyalar eyni zamanda şirkətlər üçün beynəlxalq təcrübəyə əsaslanan yanaşmalarla tanış olmaq və idarəetmə keyfiyyətlərini daha da gücləndirmək baxımından mühüm platforma rolunu oynayıb.
Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramı ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlı inkişafını dəstəkləmək məqsədi daşıyır.
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
Müsabiqə Azərbaycanda 2021-ci ildən etibarən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə “Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunub. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















