"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
Agro Dairy şirkəti rəqəmsal transformasiya istiqamətində mühüm addım ataraq Azərbaycanın aqrar sektorunda ilk dəfə RISE with SAP modeli əsasında SAP S/4HANA Private Cloud Edition ERP sisteminə keçidi uğurla həyata keçirib.
Şirkətin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Elnur Əliyevin sözlərinə görə, ERP sisteminə keçid şirkətin sürətli inkişafı və biznes proseslərinin genişlənməsi nəticəsində yaranan strateji ehtiyacdan irəli gəlib. O qeyd edib ki, maliyyə və əməliyyat proseslərinin müxtəlif sistemlərdən vahid platformada birləşdirilməsi, məlumatların daha operativ əldə olunması və idarəetmədə şəffaflığın artırılması şirkətin əsas prioritetlərindən biri olub.
“Şirkət böyüdükcə bütün proseslərin vahid sistem üzərindən idarə olunmasına ehtiyac daha da aydın görünməyə başladı. Bu səbəbdən müxtəlif texnoloji həlləri qiymətləndirərək beynəlxalq təcrübədə özünü sübut etmiş SAP S/4HANA Private Cloud Edition ERP platformasını seçdik,” – deyə Elnur Əliyev bildirib.
Layihə şirkətdə biznes proseslərinin inteqrasiyasını gücləndirən və idarəetmədə real vaxt məlumatlarına əsaslanan qərarvermə modelinə keçidi təmin edən strateji yenilənmə mərhələsi kimi qiymətləndirilir. Təxminən 10 ay davam edən icra mərhələsindən sonra sistem uğurla “canlı” istifadəyə verilib və əsas əməliyyat prosesləri ERP mühitində birləşdirilərək əvvəlki dağınıq sistemlər inteqrasiya olunmuş həll ilə əvəz edilib.

Layihə çərçivəsində maliyyə, idarəetmə uçotu, büdcə planlaşdırması, satınalma, satış və insan resurslarının idarə olunmasını əhatə edən əsas SAP modulları tətbiq olunub:
• FI – Financial Accounting (maliyyə və mühasibat uçotu)
• CO – Controlling (idarəetmə uçotu və xərclərə nəzarət)
• FM – Funds Management (büdcə və maliyyə planlaşdırması)
• MM – Material Management (satınalma və materialların idarə olunması)
• SD – Sales and Distribution (satış və paylama proseslərinin idarə olunması)
• HCM / SAP SuccessFactors (insan resurslarının idarə olunması)
• IM – Inventory Management (anbar ehtiyatlarının idarə olunması)
Elnur Əliyev onu da qeyd edib ki, həyata keçirilən SAP ERP və rəqəmsal transformasiya layihəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, Agro Dairy şirkətinin SAP S/4HANA ERP PCE və SuccessFactors əsaslı transformasiya proqramı SAP tərəfindən təşkil olunan “SAP Quality Awards 2025 CEE” müsabiqəsində “Business Transformation – Enterprise Solutions” kateqoriyasında qalib seçilib.
“Bu mükafat layihəmizin beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətlə və peşəkar şəkildə icra olunduğunun rəsmi təsdiqidir. Eyni zamanda, SAP-ın tətbiq etdiyi ‘10 Quality Principles’ çərçivəsində layihənin bütün mərhələlərinin düzgün və ardıcıl şəkildə həyata keçirildiyini göstərir,” – deyə o bildirib.
Layihə Agro Dairy şirkətinin daxili komandalarının koordinasiyası ilə beynəlxalq implementasiya təcrübəsinə malik tərəfdaşların iştirakı ilə həyata keçirilib. T4Data əsas ERP implementasiya tərəfdaşı, Vesacons isə SAP SuccessFactors Employee Central həlləri üzrə tərəfdaş kimi çıxış edib.

HR proseslərinin rəqəmsallaşdırılması çərçivəsində SAP SuccessFactors Employee Central həlli ilkin olaraq Agro Dairy-də tətbiq olunub, daha sonra isə formalaşdırılmış model əsasında şirkətin Taxıl Emalı biznes bölməsində də tətbiq edilib
Agro Dairy şirkətinin ERP layihə rəhbəri Kamran Hümmətov bildirib ki, bu təşəbbüs şirkətin innovativ inkişaf strategiyasında yeni mərhələnin başlanğıcını ifadə edir:
“Bu gün artıq əldə olunan nəticələri praktik fəaliyyətimizdə görürük. Qarşıdakı dövrdə bu müasir texnoloji yenilənmənin şirkətin digər biznes bölmələrinə də mərhələli şəkildə tətbiqi planlaşdırılır. Növbəti addımda isə süni intellekt və analitik həllərdən istifadə etməklə əməliyyat səmərəliliyini daha da artırmağı və qərarvermə proseslərini tam rəqəmsal əsas üzərində qurmağı hədəfləyirik.”

PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy şirkəti RISE with SAP üzərində SAP S/4HANA Private Cloud ERP sisteminə keçidi Azərbaycanın aqrar sektorunda rəqəmsal transformasiya istiqamətində mühüm addımlardan biri hesab olunur və bu layihə iri aqrar bizneslər üçün uğurlu nümunə kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
6 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
6 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
6 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
6 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə

























