Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
(®) Expressbankın tərəfdaşlığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “Tullantıları hədiyyələrə dəyiş” adlı ekoloji layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Azərsu parkı”nda baş tutub. Aksiya zamanı vətəndaşlardan ətraf mühitin qorunmasına töhfə məqsədilə ümumilikdə 6968 litr plastik butulka, 1038 litr şüşə tullantı və 1776 ədəd işlənmiş batareya müvafiq qaydada zərərsizləşdirilməsi üçün qəbul edilib.
Layihənin əsas məqsədi əhali arasında ekoloji şüurun artırılması, tullantıların düzgün idarə olunmasının təşviqi və təkrar emal vərdişlərinin formalaşdırılmasıdır. Tədbir iştirakçıları tullantıları təhvil vermək qarşılığında müxtəlif hədiyyələr də əldə ediblər.
Expressbank-dan bildirilib ki, maliyyə institutu olaraq ekoloji təşəbbüslərə dəstək vermək onların korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir və bu fəaliyyətlər dayanıqlı bankçılıq prinsiplərinə əsaslanır. Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə aktiv iştirak etməklə yanaşı, cəmiyyətdə bu vərdişlərin davamlı təşviqinə də xüsusi önəm verir.
Qeyd edək ki, Expressbank “Təbiətə qayğı – Gələcəyə miras” ekoloji layihəsi çərçivəsində mütəmadi olaraq təşkil etdiyi tədbirlərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və ictimaiyyətdə ekoloji məsuliyyətin artırılmasını hədəfləyir. Bank bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















