"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
Uşaqlar bankın AllMiles loyallıq proqramının siması olan Boomi ilə birlikdə müxtəlif əyləncəli oyunlarda iştirak ediblər19 mart tarixində Ramazan Bayramı münasibətilə "Premium Bank" tərəfindən şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub.
Tədbir uşaqlara bayram sevincini yaşatmaq və onların asudə vaxtını maraqlı, yaddaqalan şəkildə keçirmələrinə şərait yaratmaq üçün təşkil olunub.
Tədbir çərçivəsində uşaqlar bankın AllMiles loyallıq proqramının siması olan Boomi ilə birlikdə müxtəlif əyləncəli oyunlarda iştirak ediblər. İnteraktiv fəaliyyətlər və oyunlar uşaqlara xoş əhval-ruhiyyə bəxş edib, tədbir boyunca səmimi və şən atmosfer yaradılıb.
Bayram tədbirinin sonunda iştirak edən uşaqlara xüsusi hazırlanmış bayram payları təqdim olunub. Bu təşəbbüs Premium Bankın sosial məsuliyyət layihələri çərçivəsində həyata keçirilərək cəmiyyətin həssas qruplarına diqqət və qayğının göstərilməsinə xidmət edir.
Bank gələcəkdə də bu kimi sosial təşəbbüslərlə uşaqların sevincinə və rifahına töhfə verməyi davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















