Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün maliyyə savadlılığı tədbiri keçirib(®) Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçün maarifləndirici tədbir təşkil edib.
Tədbirin əsas məqsədi şagirdlərə maliyyə savadlılığının əsas prinsiplərini aşılamaq, onlarda düzgün maliyyə davranışı formalaşdırmaq və gələcəkdə daha məsuliyyətli maliyyə qərarları qəbul etmələrinə dəstək olmaqdır.
Tədbir çərçivəsində Bank Respublikanın mütəxəssisləri tərəfindən məktəblilərə pulun idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik mövzularında interaktiv təqdimatlar keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri maliyyə situasiyaları üzərindən praktiki nümunələrlə məlumatlandırılıb, sualları ətraflı şəkildə cavablandırılıb.
Tədbirin interaktiv hissəsi çərçivəsində təşkil olunan viktorinada sualları düzgün cavablandıran məktəblilər Bank Respublika tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Qlobal Pul Həftəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən hər il keçirilən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin maliyyə savadlılığını artırmaqdır. Bank Respublika da bu təşəbbüsə qoşularaq ölkədə maliyyə maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Bank Respublika bundan sonra da gənc nəslin maliyyə biliklərinin artırılmasına yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır


















