Milli Ödəniş Sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi açıqlandı: 841 MİLYARD MANAT
Ölkəmizdə də rəqəmsal ödənişlərdən istifadə tendensiyası yüksək artım tempinə malikdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir.
Qeyd edilib ki, 2025-ci il ərzində Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 840.9 mlrd. manat olmuş və ÜDM-in 6 mislini təşkil etmişdir. Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% yüksələrək 99.1 mlrd. manat olmuşdur. Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq tarixi maksimuma çatmış və 67.6% olmuşdur.
İstifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam etmişdir. 2025-ci il ərzində “ApplePay” və “GooglePay” vasitəsilə aparılan ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%, həcmi isə 66% artmışdır. Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilmişdir.
İcmalda qeyd edilib ki, ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində hesabat dövrü ərzində 3 elektron pul təşkilatı, 2 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilmişdir. 2025-ci ilin sonuna ödəniş bazarında 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir.
2025-ci il ərzində bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların həcmi 62.8 mlrd. manat, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının həcmi 19.7 mlrd. manat olmuşdur. Elektron pulun emissiyası ilə bağlı olmayan digər ödəniş xidmətləri üzrə əməliyyatların həcmi isə 43.1 mlrd. manat təşkil etmişdir.
MİLLİ ÖDƏNİŞ SİSTEMİ
Hesabat ilində MÖS-ün əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 840.9 mlrd. manat, ödənişlərin sayı isə 145.2 mln. ədəd olmuşdur
AZIPS
2025-ci il ərzində AZIPS vasitəsilə emal olunan əməliyyatların sayı 2.4 mln. ədəd, həcmi isə 784 mlrd. manat təşkil etmişdir. 2024-cü illə müqayisədə AZIPS vasitəsilə kommersiya bankları tərəfindən icra olunan əməliyyatların sayında 3.5%, həcmi üzrə isə 5.7% artım qeydə alınmışdı.
XÖHKS
XÖHKS vasitəsilə 2025-ci il ərzində 54.3 mlrd. manat həcmində 132.8 mln. ədəd ödəniş əməliyyatının klirinqi həyata keçirilmişdir.
AÖS
Milli Ödəniş Sisteminin ən müasir komponentlərindən biri olan və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən AÖS vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artmışdır
2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə emal olunan ödənişlərin həcmi 2024-cü illə müqayisədə 6.6%, o cümlədən nağdsız ödənişlərin həcmi 9.3% artmışdır. Hesabat dövründə HÖP vasitəsilə 8.6 milyard manat həcmində 114.4 mln. ədəd ödəniş icra olunmuşdur. Bu ödənişlərin say üzrə 79.2%-i (90.9 mln. ədəd), həcm üzrə isə 73.1%-i (6.3 mlrd. manat) nağdsız formada aparılmışdır.
Ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılmış Banklararası Kart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin edilmişdir. 2025-ci il ərzində BKM üzərindən 872 mln. kart əməliyyatı aparılmış, milli valyutada əməliyyatların həcmi 40.3 mlrd. manat, xarici valyutada isə 79.8 mln. ABŞ dolları və 23.6 mln. avro təşkil etmişdir.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
-
-
11 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
13 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
13 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
13 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
13 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Brent neftinin qiyməti 100 dollardan aşağı düşdü
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir























