Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
(®) 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in təşəbbüsü ilə həyata keçirilən “Hər işdə birinci qadınlar” yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka PASHA Malls-un dəstəyi ilə Crescent Mall-da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də maraqla qarşılanıb.
Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr və müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa çıxarılıb. Tədbir qadın sahibkarlar üçün satış imkanlarının genişləndirilməsi, yeni müştərilərlə tanışlıq və potensial tərəfdaşlıqların qurulması baxımından effektiv platforma rolunu oynayıb.
Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək məqsədi ilə təqdim olunan “She’s Next” kartı 15 mart 2026-cı il tarixinədək xanımlara ödənişzsiz olaraq hədiyyə edilir. Kart sahibinə manat, dollar və avro valyutalarında istifadə imkanı ilə yanaşı, müxtəlif bonuslar və əlavə imtiyazlar da təklif edir. “She’s Next” biznes kartını əldə etmək istəyənlər Birbank Biznes-in rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər. Həmçinin, 16 mart tarixinədək xanımların Birbank Biznes mobil tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir komissiya tətbiq edilmir.
Birbank Biznes bu təşəbbüslərlə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
















