“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
“Bolt” şirkətinin Bakı ofisinin sabiq rəhbəri Naim Əzizov təxminən 10 illik fəaliyyətini yekunlaşdıraraq vəzifəsindən öz istəyi ilə ayrılıb.
Onun rəhbərliyi dövründə şirkət ölkədə formalaşma mərhələsindən bazar liderliyinə qədər yüksəlib, fəaliyyət coğrafiyası genişlənib, TOP taksi tətbiqi və bir sıra texnoloji həllər məhz yerli komandanın iştirakı ilə hazırlanıb.
“Marja” xəbər verir ki, “BAKU.WS”in suallarını cavablandıran Naim Əzizov ayrılma qərarının səbəbləri, 9 ildən artıq müddətdə əldə olunan nəticələr və gələcək planları barədə ətraflı danışıb.
- Naim bəy, vəzifədən ayrılma qərarınız ictimaiyyət üçün gözlənilməz oldu. Bu qərar necə formalaşdı?
- Qərar tamamilə şəxsi təşəbbüsümlə və planlı şəkildə verilib. 9 il 4 ay ərzində çox intensiv mərhələ keçdik. Şirkətin bazara daxil olması, formalaşması, genişlənməsi və lider mövqeyə çıxması mərhələlərini birlikdə yaşadıq. Mən hesab etdim ki, qarşıya qoyulan əsas strateji hədəflər yerinə yetirilib və bu mərhələ tamamlanıb. Yeni istiqamətlərə fokuslanmaq üçün doğru zaman idi.
- 9 ildən artıq dövrü necə xarakterizə edərdiniz?
- Bu, transformasiya və quruculuq dövrü idi. İlk illərdə əsas çağırış bazarın strukturlaşdırılması idi. Onlayn taksi platforması modelinin geniş auditoriya tərəfindən qəbul olunması üçün həm sürücülərlə, həm sərnişinlərlə paralel iş aparılmalı idi.
Biz əməliyyat modelini sıfırdan qurduq, daxili nəzarət mexanizmləri yaratdıq, təhlükəsizlik və xidmət keyfiyyəti üzrə standartlar formalaşdırdıq. Bu gün sistemin dayanıqlı işləməsi həmin mərhələdə atılan addımların nəticəsidir.
-Şirkətin ölkə üzrə genişlənməsi hansı mərhələlərdən keçdi?
- Başlanğıc mərhələdə əsas diqqət Bakı bazarına yönəlmişdi. Daha sonra regionlara açılma strategiyası tətbiq olundu. Fəaliyyət coğrafiyasını mərhələli şəkildə 41 şəhərə qədər genişləndirdik.
Regionlarda fəaliyyətin qurulması həm tətbiqin aktivləşdirilməsi, həm də yerli əməliyyat infrastrukturunun yaradılması, sürücülərin cəlbi və maarifləndirilməsi ilə bağlıdır. Bu proses ciddi koordinasiya və resurs tələb edirdi.
- Son 7 ildə TOP taksi tətbiqinin formalaşdırılması xüsusi vurğulanır. Bu layihənin əhəmiyyəti nə idi?
- TOP taksi seqmenti xidmət keyfiyyətinin daha sistemli şəkildə tənzimlənməsinə imkan verdi. Bu model çərçivəsində sürücülərlə iş mexanizmi yenidən quruldu, performans meyarları tətbiq edildi və xidmət standartları sərtləşdirildi.
Bu, həm bazarda keyfiyyət rəqabətini gücləndirdi, həm də sərnişin məmnuniyyətini artırdı. Layihənin əsas texniki və əməliyyat həlləri yerli komandanın iştirakı ilə hazırlanmışdı.
- Azərbaycan ofisinin innovativ yanaşmaları barədə nə deyə bilərsiniz?
- Bir sıra texnoloji və əməliyyat həlləri məhz Bakı ofisində test edilib və uğurlu nəticə verdikdən sonra digər bazarlara tətbiq olunub. Bu, komandanın peşəkarlığının göstəricisidir.
Azərbaycan bazarı dinamik və rəqabətli olduğu üçün burada tətbiq edilən modellər çevik və effektiv olmalı idi. Bu təcrübə qlobal səviyyədə də faydalı oldu.
- Komanda quruculuğu prosesini necə qiymətləndirirsiniz?
- Güclü yerli komandanın formalaşdırılması prioritet idi. Biz əməliyyat heyəti ilə yanaşı, analitika, marketinq, sürücü dəstəyi və keyfiyyətə nəzarət istiqamətlərində də peşəkar kadrlar yetişdirdik.
Bu gün şirkətin ölkədə sabit struktur kimi fəaliyyət göstərməsi həmin komandanın işi və sistemli idarəetmə modelinin nəticəsidir.
- Bu illər ərzində əsas çətinliklər nələr idi?
- Bazarın sürətli dəyişməsi və rəqabətin artması daim adaptasiya tələb edirdi. Tənzimləyici mühitin dəyişməsi, texnoloji yeniliklər və istifadəçi davranışındakı transformasiya da qərarların operativ şəkildə yenilənməsini zəruri edirdi.
Pandemiya dövrü ayrıca sınaq mərhələsi oldu. Həmin dövrdə əməliyyatların davamlılığını qorumaq və təhlükəsizlik tədbirlərini gücləndirmək əsas prioritet idi.
- Şirkətə verdiyiniz əsas töhfələri necə ümumiləşdirərdiniz?
- Strateji idarəetmə modelinin qurulması, regional genişlənmə, innovativ məhsulların tətbiqi, əməliyyat sabitliyi və brendin bazarda lider mövqeyə çıxarılması əsas nəticələrdir.
Ən vacibi isə dayanıqlı və özünü idarə edə bilən sistemin formalaşdırılmasıdır.
- Bu illərə dönüb baxanda sizin üçün ən dəyərli nəticə nədir?
- Əlbəttə, genişlənmə, qurulan sistemlər, tətbiq edilən innovasiyalar önəmlidir. Amma mənim üçün ən xüsusi məqam başqadır. Bu platforma vasitəsilə milyonlarla insan hər gün təhlükəsiz şəkildə ünvanına çatdırılır. Eyni zamanda minlərlə sürücü üçün bu fəaliyyət sabit qazanc mənbəyinə çevrilib.
Həm sərnişinlərin gündəlik rahatlığına töhfə vermək, həm də minlərlə ailənin gəlir mənbəyinin formalaşmasında rol oynamaq çox gözəl və qürurverici hissdir.
- Bundan sonrakı planlarınız nədir?
- Hazırda yeni layihələr üzərində düşünürəm. Texnologiya, rəqəmsal platformalar və xidmət ekosistemləri istiqamətində təcrübəmi daha geniş miqyasda tətbiq etmək istəyirəm.
İnanıram ki, növbəti mərhələ daha çox regional və beynəlxalq miqyasda layihələrin reallaşdırılması ilə bağlı olacaq.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
19 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
19 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
19 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
19 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
20 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















