Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
(®) Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib. 2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.
Müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127 ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosial qiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqi dəstək təmin olunub.
Həmçinin, fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkil edilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıq çərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyata keçirilib. Ümumilikdə, görülən tədbirlər konkret müraciətlərin həlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə və qaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.
Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsi uşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciət psixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isə zorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciət qeydə alınıb.
2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb. Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə, 44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarını əhatə edib.
Bundan əlavə, sosial sahə üzrə müraciətlərdən 168-i sığınacaqla təmin olunma, 76-sı isə intihar düşüncələri və təşəbbüs cəhdləri üzrə qeydə alınıb ki, bu da psixoloji dəstəyə olan ehtiyacın aktuallığını göstərir.
Hüquqi yardım üzrə 730, təhsil sahəsi üzrə 302, səhiyyə hüququ üzrə isə 56 müraciət daxil olub. Digər müraciətlər isə ümumi xarakterli suallar və xidmət barədə məlumat sorğularını əhatə edib.
Statistik göstəricilərə əsasən daxil olan müraciətlərin 2995-i qadın, 1541-i kişi tərəfindən, 984-ü isə anonim şəkildə edilib. Yaş bölgüsünə gəldikdə, ümumilikdə 2025-ci ildə qeydə alınan müraciətlərin 3754-ü 15–18 yaş, 1324-ü 11–14 yaş, 442-si isə 10 yaşa qədər olan uşaqlarla bağlı olub.
“Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmayıb. Qaynar xətt 2025-ci il ərzində məktəblərdə və onlayn platformalarda maarifləndirmə kampaniyaları da təşkil edib.
2010-cu ildən fəaliyyət göstərən qaynar xətt xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar və onların problemləri ilə bağlı müraciət edən şəxslər üçün nəzərdə tutulub. Xidmət çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərməyi hədəfləyir. Dəstək Xəttin əsas prinsipi məxfiliyin qorunmasıdır. Daxil olan məlumatlar yalnız zəruri hallarda və müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.
Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə xidmət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə ümumilikdə 81000-dən çox müraciət daxil olub. Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir























