Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
(®) “Expressbank” ASC Xaçmaz KOB evinin dəstəyi ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində mikro sahibkarlar üçün maliyyə savadlılığı mövzusunda təlim təşkil edib.
Təlim zamanı Expressbankın Biznes Bankçılıq Departamentinin Mikro kreditlər şöbəsinin rəhbəri Yaşar Cabaroviştirakçılara biznesin maliyyə idarəetməsi, kredit müraciətlərinin təhlili və banklarla düzgün kommunikasiya qurulması barədə geniş məlumat verib.
Təlim proqramı çərçivəsində mikro sahibkarlar üçün aşağıdakı vacib mövzular əhatə olunub:
· Maliyyə planlaması: Gəlir və xərclərin effektiv idarə olunması;
· Büdcə idarəçiliyi və maliyyə intizamı
· Yığım mədəniyyətinin biznesin dayanıqlılığındakı rolu;
· İnvestisiya strategiyası
· Bank məhsulları: Biznesin genişləndirilməsi üçün mikro kreditlər və xüsusi şərtlər;
· Kredit mədəniyyəti və düzgün borclanma;
· Rəqəmsal bankçılıq: Vaxta qənaət edən və biznes proseslərini asanlaşdıran onlayn həllər.
İnteraktiv formatda keçən görüşdə sahibkarların sualları cavablandırılıb və real biznes keysləri əsasında praktiki tövsiyələr verilib.
Tədbirin sonunda çıxış edən Quba-Xaçmaz iqtisadi rayonu üzrə regional koordinator Azər Pənahov regionda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O, bu növ maarifləndirici təlimlərin sahibkarların gələcək fəaliyyətlərindəki rolunu yüksək qiymətləndirərək, KOB evlərinin hər zaman biznes nümayəndələrinə dəstək olduğunu və banklarla bu cür əməkdaşlıqların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Expressbank regionlarda kiçik və orta biznesin inkişafına töhfə vermək məqsədilə maarifləndirmə missiyasını gələcəkdə də davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Expressbank Bakı, Xaçmaz və digər bölgələrdə olmaqla, ümumilikdə 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















