Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
Prezident İlham Əliyevin yeni Sərəncamı bu artımın davam etməsinə imkan verib və 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bütün növ pensiyalar bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yeni artımla ölkəmizdə orta aylıq pensiya 543 manatdan 593 manata, yaşa görə orta aylıq pensiya 578 manatdan 632 manata çatıb ki, bu göstəricilər 2018-ci ilə nisbətən müvafiq olaraq 2,8 dəfə və 2,7 dəfə çoxdur.
Qeyd edilən artımlarda minimum pensiya artımı ilə yanaşı, hər ilin əvvəlindən indeksləşdirməəsasında artımların edilməsi mühüm rola malikdir. Məsələn, bu artımlar 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz, 2022-ci ildə 3,4 faiz (pensiyalara maddi yardım əlavə olunmaqla orta pensiya artımı 9 faiz olub), 2023-cü ildə 14,7 faiz, 2024-cü ildə 11,2 faiz, 2025-ci ildə 8,1 faiz və bu il 9,3 faiz təşkil edib.
Pensiyalarda indeksasiya əsasında artımlar üçün əlavə olaraq hər il ayrılan vəsaitlər isə 2020-ci ildə 498,2 milyon manat, 2021-ci ildə 352,84 milyon manat, 2022-ci ildə 117,02 milyon manat, 2023-cü ildə 693,78 milyon manat, 2024-cü ildə 618,09 milyon manat, 2025-ci ildə 506,49 milyon manat və bu il 640 milyon manatdır.
Ümumilikdə isə pensiya təminatı üçün ayrılan illik vəsait 2018-ci illə müqayisədə2,3 dəfə artaraq bu il 7 mlrd. 993 mln. manata çatıb.
Sərəncamı ilə fərdi hesablardakı pensiya kapitalları da artırılır. Məsələn, bu artımlar 2020-ci ildə 2,6 faiz, 2021-ci ildə 2,8 faiz, 2022-ci ildə 6,7 faiz, 2023-cü ildə 13,9 faiz, 2024-cü ildə 8,8 faiz, 2025-ci ildə 2,2 faiz və bu il 5,6 faiz təşkil edir.
Pensiyalarda olduğu kimi, pensiya kapitallarında artım da elektron sistem üzərindən avtomatik həyata keçirilir. Hər bir kəs e-sosial portalında həm öz əməkhaqlarından ayırmalar, həm də hər il indeksasiya hesabına pensiya kapitallarında baş verən artımları izləmək imkanına malikdir.
Bu artımlar qeyri-formal məşğulluq sahəsində işləyən, özünü sosial sığorta sistemindən kənarda qoyan işçilərə də bir çağırışdır: Əgər əmək müqaviləsi ilə çalışsalar, onlar da gələcək pensiya hüququna sahib olmaq üçün fərdi şəxsi hesablara sahib olar və bu hesablarda toplanan vəsaitlərinin hər il dövlət tərəfindən də indeksləşdirilərək artırılması imkanından faydalanarlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















