“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
(®) PAŞA Bank və Deloitte Private tərəfdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsinin ikinci mərhələsinə start verilib.
Müsabiqənin bu mərhələsi iştirakçı şirkətlərin biznes potensialının dərin təhlili, eləcə də idarəetmə və liderlik təcrübələrinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İkinci mərhələ çərçivəsində iştirakçı şirkətlər peşəkar mütəxəssislərlə keçirilən işgüzar görüşlər vasitəsilə öz fəaliyyət modellərini daha ətraflı dəyərləndirmək imkanı əldə edirlər. Görüşlər zamanı xüsusi hazırlanmış suallar əsasında müzakirələr aparılır, qabaqcıl beynəlxalq təcrübələr paylaşılır və şirkətlərin strateji inkişaf perspektivləri hərtərəfli təhlil olunur.
“Best Managed Companies” proqramı iştirakçı şirkətlərə öz fəaliyyətlərini beynəlxalq təcrübə ilə müqayisə etmək, idarəetmə proseslərini təkmilləşdirmək və uzunmüddətli inkişaf üçün yeni strateji baxış formalaşdırmaq imkanı yaradır. Proqram mükəmməl idarə olunan, rəqabətqabiliyyətli və dayanıqlı biznes modellərinə malik şirkətlərin tanıdılması üçün nüfuzlu beynəlxalq platforma kimi çıxış edir.
Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” müsabiqəsi illik gəliri 20 milyon manatdan yüksək olan və özəl sektorda fəaliyyət göstərən qabaqcıl Azərbaycan şirkətlərinin yerli və beynəlxalq səviyyədə tanıdılmasına yönəlib. Proqram çərçivəsində qalib şirkətlər “Best Managed Companies” beynəlxalq şəbəkəsinə qoşularaq dünyanın aparıcı şirkətləri ilə eyni platformada yer almaq imkanı əldə edirlər.
Layihənin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan-Amerika Ticarət Palatası (AmCham Azerbaijan), ADA Universiteti və İctimai Televiziyadır.
“Best Managed Companies” mükafat proqramı ilk dəfə 1993-cü ildə Kanadada təsis edilib və bu gün dünyanın ən nüfuzlu biznes qiymətləndirmə proqramlarından biri kimi tanınır. Hazırda proqram 46 ölkədə, o cümlədən ABŞ, Çin, Avropa ölkələri, Cənub-Şərqi Asiya, Türkiyə, Meksika və Çilidə uğurla həyata keçirilir.
Azərbaycanda proqram 2021-ci ildən etibarən keçirilir. İndiyədək müsabiqədə 50-yə yaxın şirkət iştirak edib, 11 şirkət isə “Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunub. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
























