Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Şirkət bu il daha bir qrup tələbəyə təqaüd təqdim edəcək. Təqaüd proqramında yüksək akademik göstəricilərə malik tələbələr iştirak edə bilərlər.(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC gənc istedadların inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Tələbə Təqaüdü Proqramı”na qeydiyyatı açıq elan edir.
Təşəbbüs Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq hazırlanıb. Bu çərçivədə Azercell-in bu ilki Tələbə Təqaüdü Proqramı STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Proqram ölkədə İT/İKT, Data Elmi, Analitika, Süni İntellekt və Maşın Öyrənməsi, Robototexnika, Avtomatlaşdırma, Şəbəkə Texnologiyaları, Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi sahələrində ixtisaslaşmış yeni nəsil kadr potensialının formalaşdırılmasına töhfə verməyə yönəlib.
Azercell-in təqaüd proqramında yüksək akademik göstəricilərə malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və 5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və 2-ci kurs tələbələri müraciət edə bilərlər.
Müraciətlər 11.02.2026-cı il tarixinədək qəbul olunur.
“Tələbə Təqaüdü Proqramı” üzrə seçim prosesi müraciətlərin ilkin qiymətləndirilməsi, iştirakçıların bilik və bacarıqlarının dəyərləndirilməsi, eləcə də müsahibə mərhələlərindən ibarətdir.
Proqram çərçivəsində ən yüksək nəticə göstərmiş bir qrup tələbə təhsil müddətinin sonunadək şirkətdən təqaüd alacaq. Həmçinin qaliblər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, istedadlı gənclərin dəstəklənməsini prioritet istiqamət kimi müəyyən edən Azercell son 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb, gənclərin bilik və bacarıqlarının inkişafına davamlı dəstək olub.
Ətraflı məlumat və müraciət üçün keçid: “Tələbə Təqaüdü Proqramı 2026”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















