2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda tarixi rekord qeydə alınıb - bir gün ərzində 1101 uçuş"2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5% artım qeydə alınması aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir".
Marja.az xəbər verir ki. bu, Heydər Əliyev Beynəlxalq Aeroportun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1101 uçuşun idarə edilməsi ilə tarixi rekord qeydə alınıb.
İl ərzində uçuşların 76%-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında “Turkish Airlines”, “Singapore Airlines”, “Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını artıb
2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərilib.
Beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min olub. Bu həcmin 51,2%-i xarici aviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının payına düşüb.
İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30% artım deməkdir.
Milli aviadaşıyıcı AZAL üzrə müsbət dinamika
2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb. Bakı – Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735 min təşkil edib. Sərnişin dövriyyəsində 2%-lik artım qeydə alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6% artaraq 7 min 261 uçuşa çatıb.
Aviasiya infrastrukturu və beynəlxalq mövqenin möhkəmləndirilməsi
Qeyd edilib ki, 2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülərək regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation (ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACI World” tərəfindən həyata keçirilən “Airport Service Quality (ASQ)” proqramında iştirak etməyə başlayıb və “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.
Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025” tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.
Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 39 d. əvvəl
-
-
52 d. əvvəl
Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Tamstore” geniş işə qəbula başladı - Yaş həddi 55-dəkdir, orta təhsil kifayətdir
- 2 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
- 11 saat əvvəl
-
15 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ” xalis mənfəətini 6 dəfədən çox artırıb
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb























