Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
“Bakı Metropoliteni” QSC 2026-ci il üçün daha hansı planlarınız və maliyyə gözləntilərini açıqlayıb.
Qurumun Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində bildirib ki, "2026-cı il üçün əsas fokusumuz maliyyə uçotunun daha detallı şəkildə qurulması, maliyyə hesabatlarının ikinci rübün sonunadək açıqlanması və xərclərin strukturlaşdırılmasıdır. Xərc-gəlir mərkəzlərinin müəyyənləşdirilməsi, diferensial tarif modellərinin təhlili, xətt və stansiya səviyyəsində fəaliyyət göstəricilərinin ayrılması gələn il üzrə əsas prioritetlərdəndir".
Kamal Hüseynli əlavə edib ki, bununla yanaşı, kommersiya gəlirlərin genişləndirilməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində konkret addımlar nəzərdə tutulur:
"2026-cı ildə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə sərnişin axınında qismən azalmalar proqnozlaşdırılır, amma ümumilikdə, əməliyyat fəaliyyətinin daha optimallaşdırılması gözlənilir. Belə ki, 2026-ci ildə subsidiya ehtiyacının təqribən 40 milyon manat səviyyəsində formalaşacağı proqnozlaşdırılır.
Hazırda həm maliyyə dayanıqlığının gücləndirilməsi, həm də hesabat sisteminin daha çevik və davamlı olması üçün geniş iş gedir. Məqsədimiz Metropolitenin gələcək illərdə daha səmərəli və daha hesabatlı maliyyə modelinə keçməsidir".
“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi bildirib ki, Metropoliten şəhər miqyasında yüksək tutumlu və kütləvi istifadə olunan nəqliyyat sistemidir və onun maliyyə modeli tənzimlənən tarif mexanizmi əsasında formalaşır:
"Bu yanaşma metronun bütün şəhər əhalisi üçün əlçatan qalmasını təmin edir, lakin eyni zamanda tarif gəlirlərinin əməliyyat xərclərini tam qarşılamamasına səbəb olur və subsidiya mexanizmini zəruri edir. Uzunmüddətli hədəfimiz metronun qısa müddətdə tam özünü maliyyələşdirən sistemə çevrilməsi deyil, əməliyyat xərclərinin optimallaşdırılması, tarif və kommersiya gəlirlərinin payının artırılması və orta müddətdə əməliyyat üzrə subsidiya asılılığının mərhələli şəkildə azaldılmasıdır. Dövlət büdcəsindən ayrılan vəsaitlərin isə əsasən yeni xətlər, stansiyalar və infrastrukturun genişləndirilməsi kimi kapital tutumlu layihələrə yönəldilməsi nəzərdə tutulur".
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
22 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























