Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Yanacaqdoldurma obyektlərinin istismarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən lisenziya verilməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi olmalıdır.Qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub.
Belə ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.
Rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri) yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda olduğu halda, tələb olunan müvafiq ərizə formasını (https://competition.gov.az/az/page/melumat-merkezi/information/yanacaqdoldurma-obyektlerinin-istismarina-lisenziya-verilmesi-ucun-reyin-alinmasi) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət etməlidirlər.
Ərizəçi müraciət etməzdən əvvəl ona məxsus yanacaqdoldurma obyektində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə məlumatların Agentliyin dövlət reyestrində (https://e-keyfiyyet.gov.az/informative-services/registry) mövcudluğunu yoxlamalı, daha sonra mallara (qurğu, avadanlıq, ölçmə vasitəsi və s.) dair akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sənədləri ərizəyə əlavə etməlidir.
Qeyd edək ki, tələb olunan sənədlərin verilməsini həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar barədə məlumat Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi) əldə oluna bilər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
22 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir





















