Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
Mobil operatorun “Qadın Dəstək Xətti” xidməti artıq daha əlçatandır(®) Azercell 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Oflayn qadınlar” sosial layihəsini təqdim edir. “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirilən layihənin məqsədi bu qlobal problemə ictimai diqqəti artırmaq və zorakılığa məruz qalan qadınlara operativ yardım göstərməkdir.
Çətin həyat şəraitində yaşayan qadınların əksəriyyəti mövcud dəstək resursları və müraciət kanalları barədə kifayət qədər məlumata sahib olmur. Yeni istifadəyə verilən oflaynqadinlar.az platforması qadınlara şiddət, psixoloji, iqtisadi və digər zorakılıq hallarında Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə ətraflı və sistemli məlumat təqdim edir.
Platforma qadınlara öz hüquqları barədə etibarlı mənbələrdən məlumat əldə etmək, təqdim olunan videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar haqqında dolğun informasiya əldə etmək imkanı verir.
Sayt anonimlik və təhlükəsizlik prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərir. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da yararlana bilərlər.
Fərdi dəstəyə ehtiyac olduğu halda qadınlar “Qadın Dəstək Xətti”nin 116111 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. Artıq üç ildir ki, Azercell-in dəstəyi və təşəbbüsü ilə fəaliyyət göstərən xidmət 24/7 rejimində müraciətləri qəbul edir. Bugünədək 11000-dən çox qadın xəttin xidmətlərindən yararlanıb. “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə olunan bu xidmət qadınlara operativ və kompleks psixososial yardım göstərir, zorakılıqla üzləşən qadınların reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına dəstək olur. Bu istiqamətdə Dəstək Xətti icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur. Qeyd edək ki, Azercell abunəçiləri üçün qısa nömrəyə zənglər ödənişsizdir.
Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. “Oflayn qadınlar” layihəsi bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq ölkənin müxtəlif bölgələrində yaşayan qadınlara real dəstək göstərməyi və onların həyatında müsbət dəyişikliklərə töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 35 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















