150 min istifadəçi sayını ötdü!
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən yaradılmış rəqəmsal “Findoc” portalında (Portal) qeydiyyatdan keçmiş istifadəçi sayı 150 mini ötmüşdür.
Bu barədə Marja.az-a Bürodan bildiriib.
Qeyd edilib ki, portal ölkə vətəndaşlarına, habelə hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə heç yerə getmədən özləri barədə Büroda toplanılmış məlumatlara çıxış imkanı təqdim edən unikal platformadır.
Portal üzərindən istifadəçilərə bir sıra innovativ xidmətlər təklif edilməkdədir:
Tarixçə
-Kredit tarixçəsi;
-Skor hesabatı;
-Baş Dövlət Yol Polisi İdarəsindən fiziki şəxslər barədə edilmiş cərimələrlə bağlı məlumatlar;
-Ədliyyə Nazirliyindən fiziki şəxslərlə bağlı məhkəmə işi üzrə məlumatlar;
-İcra və probasiya şöbəsinin müəyyən etdiyi öhdəliklər üzrə məlumatlar;
-Notarial təsdiqlənmiş borc müqavilələri üzrə məlumatlar;
Elektron müraciət
-Kredit hesabatında yanlış hesab edilən məlumat(lar)la bağlı elektron müraciət imkanı;
Yönləndirmə
-Kredit tarixçəsinin PDF formatında əldə edilməsi;
-Kredit tarixçəsinin Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
-Kredit tarixçəsinin AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi;
Bildiriş
-Gecikmə günləri ilə bağlı bildiriş xidməti;
-Kredit tarixçəsinin sorğulanması barədə bildiriş xidməti;
-Skorun yenilənməsi barədə bildiriş xidməti;
-Kreditin ilkin məbləğinin dəyişilməsi barədə bildiriş xidməti;
-Kreditin statusunun dəyişilməsi barədə bildiriş xidməti;
-Yeni kreditin əlavə edilməsi barədə bildiriş xidməti;
-Məlumatların aylıq yenilənməsi barədə bildiriş xidməti.
Portaldan qeydiyyatdan keçmiş hər bir istifadəçiyə kredit və skor hesabatını ildə 2 dəfə ödənişsiz əldə etmək imkanı təqdim edilir.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 280-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
Bununla yanaşı, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Əlavə olaraq, skorinq, bençmark və portfel analizləri, back testinq və digər analitik xidmətlərin göstərilməsi ilə maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
21 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
2 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























