Unibank beynəlxalq konfransın dəstəkçisi olub
Bakıda “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025” keçirilib.
Unibank KB ASC-nin də dəstəkçilər siyahısında olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlif panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor dialoqları təşkil olunub.
Tədbirin dəstəkçilərindən olan Unibank, konfrans çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə hər iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər təşkil edilib.
Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütmək deyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yeni tərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. Unibank bu kimi təşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasına dəstək vermiş olur.
Unibank bundan sonra da sahibkarlığın inkişafını, ixrac imkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarının qurulmasını təşviq edən layihələrdə fəal iştirakını davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 39 d. sonra
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur




















