Gəncə Avtomobil Zavodu yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb - FOTO/VİDEO
Zavod 2025-ci ilin iyun ayından etibarən zavodda kommunal texnikaların konteynerlərinin yığımını 100 faiz yerli istehsal olaraq reallaşdırılmağa start veribAzərbaycanın avtomobil sənayesində flaqmanlardan olan Gəncə avtomobil zavodu İstehsalat Birliyi artıq 20 ildən artıqdır ki, ölkənin istehsal sahəsində yeniliklərə imza atmaqda davam edir.
Zavoddan Marja.az-a verilən məlumatda bildirilir ki, 2025-ci ilin iyun ayından etibarən zavodda kommunal texnikaların konteynerlərinin yığımını100 faiz yerli istehsal olaraq reallaşdırılmağa start verib. Belə ki, sifarişə uyğun olaraq istənilən avtomobilin bazasında müəssisədə istəkdən asılı olaraq istənilən kubametr tutumlu kommunal maşınların yığımı həyata keçirilir.
Qeyd edilib ki, bu günədək Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişinə uyğun olaraq KAMAZ-ın bazasında 45 ədəd 20 kubmetr tutumlu kommunal maşınları yığılaraq təhvil verilib. Kommunal avtomobillərin konteynerləri baza hissəsindən rənglənməyə qədər müəssisədə yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
"Bu da onu deməyə əsas verir ki, Gəncə avtomobil zavodu istehsalat birliyində artıq texnikaların yığılması ilə yanaşı yerli istehsal sahələri də inkişf etdirilir. Bunun üçün müəssisədə ən son texnologiyalardan olar plazma və kəsmə avadanlıqları, əymə və müxtılif dəzgahlar, müasir qaynaq və digər lazımi avadanlıqlar quraşdırılıb",- məlumatda deyilir.
Fəaliyyətini 2004-cü ilin dekabrın 24-də bərpa edən müəssisə bu müddər ərzində minlərlə müxtəlif modeldə və modifikasiyada avtomobillərin və kənd təsərrüfatı texnikalarının, avtobus və müasir elektrobusların, kombaynların yığımını həyata keçirib. Hazırda zavodda sifarişlərə uyğun olaraq müxtəlif modeldə və modifikasiyada kənd təsərrüfatı texnikalarının, traktorların yığımı aparılır. Təkcə bu rəqəmi demək kifayətdir ki, Azərbaycanda 14 300-dən çox Gəncə avtomobil zavodunun istehsal etdiyi traktorlar ölkənin kənd təsəsrrüfatı sahəsində vətəndaşlara xidmət edir. Hazırda sifarişlərə uyğun müəssisədə Belarusun MTZ və Almaniyanın Deutz-Fahr traktorlarının müxtəlif modellərinin yığımı davam etdirilir.
Traktor və avtomobillərlə, avtobuslarla yanaşı müəssisədə son illərdə kombaynların və elektrobusların yığımı da reallaşdırılıb. Azərbaycanda ilk dəfə 2019-cu ildə Gəncə Avtomobil Zavodu İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobusların yığımına başlanıldı. Çox fərəhləndirici haldır ki, müəssisədə yığılan 4 elektrobus hazırda işğaldan azad edilən torpaqlarımızda, Şuşada xidmət göstərir. Bu müddətdə 6 avtobus, 113 kombayn, 900-ə yaxın trakror qoşquları, 300-dən çox MAZ qoşquları, 3500-ə yaxın asma avadanlıqlar yığılaraq təhvil verilib.
Gəncə avtomobil zavodunda müxtəlif modifikasiyada olan avtomobillərin bazasında xüsusi təyinatlı texnikaların yığımı da həyata keçirilib. Bu günədək müəssisədə 1500-dən çox KAMAZ, 3000-ə yaxın MAZ, 700-ə yaxın URAL iri tonnajlı avtomobillər konveyerdən çıxıb.
Zavod sifarişə uyğun olaraq lazım olan model yük avtomobilllərin bazalarında müxtəlif tutumlu kommunal maşınlarının yığımını da reallaşdırır. Ötən müddətdə zavod Minsk Avtomobil Zavodu və Almaniyanın Hallaer şirkəti ilə bağladığı müqaviləyə əsasən 60 ədəd 16 və 22 kubmetr tutumlu kommunal avtomibilləri yığaraq istifadəyə verib.
Gəncə Avtomobil Zavodu İstehslat Birliyi fəaliyyət dairəsini genişləndirərək Fövqəladə Hallar Nazirliyini sifarişi əsasında “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzalayıb və bu günədək 15 belə texnikanın yığımını reallaşdırıb. Bu günlərdə Azərbaycanın Baş Naziri Əli Əsədovun Belarusa rəsmi səfəri zamanı Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikalarının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb. Sənədə əsasən Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər. Razılaşmaya görə MAZ-ın bazasında kommunal texnikaların konteynerlərinin yığımı yenə də 100 faiz yerli istehsal olaraq Gəncə avtomobil zavodunda həyata keçiriləcək.
Əlavə edilib ki, 2004-cü ildə cənab Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə fəaliyyətini bərpa edən Gəncə avtomobil zavodu İstehsalat Birliyi ölkə başçısının yeli istehsalın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müəssisədə yeni sahələrin yaradılması istiqaməində işləri gücləndirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
7 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
7 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











