Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
2025-cü ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 13 mlrd. dollar təşkil edib.
Bu barədə ARDNF-dən bildirilib.
“NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artıb
Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətin səhm portfelində də dəyişiklik olub.
2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmaqda davam edir. Çip nəhəngi bu ilin ikinci rübündə hətta "Apple"i qabaqlayaraq ilk pilləyə yüksəlib. Belə ki, ARDNF-in NVIDIA-ya yatırımları ilk rübdəki 444 milyon dollardan ötən rüb 663 milyon dollara çatıb. Bu isə 3 ayda 49%-lik artım deməkdir. NVIDIA-nın səhm portfelində çəkisi isə 3,9%-dən 5,1%-ə kimi artıb.
Paralel olaraq Fondun “Microsoft”a yatırımlarının ilin ilk rübü ilə müqayisədə 37% artaraq 604 milyon dollara çatıb, səhm portfelində payı isə 3,9%-dən 4,7%-ə bərabər olub.
Fondun “Apple Inc”yə yatırımları isə ilin ilk rübü ilə müqayisədə 26 mln. dollar azalaraq 530 mln. dollara enib. ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4,9%-dən 4,1%-ə düşüb.
“Amazon”a yatırımlar 360 mln. dolları ötüb
ARDNF-nin “Amazon”a yatırımları isə yenidən artıb və ikinci rübdə 300 milyon dollardan 361 milyon dollara yüksəlib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 2,6%-dən 2,8%-ə düşüb.
“Meta” son bir ildə TOP-5-likdədir
Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin sonundakı 217 mln. dollardan 278 mln. dollara yüksəlib, portfeldə çəkisi isə 1,8%-dən 2,1%-ə kimi artıb.
"Broadcom Inc"yə investisiya isə 124 mln. dollardan 212 mln. dollara yüksəlib. Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyaları ilk rüblə müqayisədə ikinci rübdə 150 mln. dollardan 177 mln. dollara və 130 mln. dollardan 152 mln. dollara qalxıb.
“Tesla” portfelində 34 mln. dollarlıq artım
“Tesla”ya yatırımlar yenidən artmağa başlayıb. ARDNF-in “Tesla”dakı hissələri 124 mln. dollardan 158 mln. dollara, səhm portfelində çəkisini isə 1,1%-dən 1,2%-ə yüksəlib. Başqa sözlə, 3 ayda 34 mln. dollar artım olub.
İlin ikinci rübündə “Berkshire Hathaway Inc”ni ilk onluqda "JPMorgan Chase & Co" əvəzləyib. Fondun maliyyə nəhənginə investisiyaları 140 mln. dollara, portfeldə çəkisi isə 1,1%-ə bərabər olub.
TOP-10-luqdakı şirkətlərə yatırımlar 680 milyon dollar artıb
Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları bu ilin iyulun 1-nə 3,3 mlrd. dollar təşkil edib ki, bu da ilin birinci rübünə nisbətən 26% və ya 679 mln. dollar çoxdur.
Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə ikinci rübdə 300 mln. dollar artaraq 1,8 milyard ABŞ dollarına yüksəlib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
21 d. əvvəl
"Tegeta Motors Baku" Bakıda "Bridgestone Concept" mağazasını açdı
-
39 d. əvvəl
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
Xalq Bankdan girovsuz biznes krediti ®
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Ən çox oxunanlar
Ağır texnikalar dağ çaylarına cəlb edilib
Ağdam Sənaye Parkı Sumqayıtdan sonra ikinci yerə yüksəlib
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
Expressbankda yeni təyinat olub
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır

















