Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
“İnci Şirkətlər Qrupu”na (İnci Goup of Companies) daxil olan “İZƏ” nəşriyyatı 2025-2026-cı tədris ilinin birinci yarımilinin əlaçılarını mükafatlandıracaq.
Marja.az şirkətə istinadən xəbər verir ki, əlaçılara “İZƏ” nəşriyyatının “Əlaçı” medalı və kitab, “Oyal” brendindən dəftər və qələm hədiyyə olunacaqdır. Sinifində əlaçı şagirdlərin sayı 40%-i keçən müəllimlərə isə “Quicks” brendindən hədiyyə təqdim olunacaqdır.
10 İLLİK TƏCRÜBƏ, YENİ HƏDƏFLƏR
“İnci Şirkətlər Qrupu”nun rəhbəri Mikayıl Yusifov“İZƏ” nəşriyyatı olaraq 10 illik fəaliyyəti dövründə əldə etdiyi təcrübəni yeni tədris ilində daha güclü hədəflərə daşımağı planlaşdırır:
“Biz inanırıq ki, gələcəyimiz olan uşaqlar tədris proqramlarını tam əhatə edən yüsək keyfiyyətli vəsaitləri oxuduqda, öyrəndikdə və çalışdıqda onların inkişafı sürətlənir, tədris nəticələri sabaha böyük ümidlər verir”.
Mikayıl Yusifov 2025/2026-cı tədris ili üçün əsas hədəflərini də açıqlayıb:
- “Hər məktəbə – bir “İZƏ” modeli!” Bu prinsipin işığında ölkənin hər bölgəsində təhsilin keyfiyyətinə dəstək olmaq;
- Şagirdlər üçün əyləncəli, maarifləndirici və müasir formatlı vəsaitlər təqdim etmək;
- Müəllimlərin işini asanlaşdıran interaktiv, çeviklik təmin edən resurslarla onların yanında olmaq;
- “Valideyn–müəllim–şagird” üçbucağında hər üç tərəf arasında güclü “təhsil körpüsü” qurmaq.
Hədəfimiz – təhsildə dəyər və fərq yaratmaq, davamlı inkişafı təmin etməkdir”.

“İnci Şirkətlər Qrupu”nun rəhbəri Mikayıl Yusifov
“İZƏ”DƏN DAHA BİR MÜKƏMMƏL DƏRS VƏSAİTİ
Yeri düşmüşkən qeyd edək ki, bu tədris ili fəaliyyətinin 10 illik yubileyini qeyd edən “İZƏ” Nəşriyyatı dəyərli müəllim, valideyn və şagirdlər üçün daha bir mükəmməl dərs vəsaiti təqdim edir.
Bu vəsait 4-cü sinif şagirdlərinin monitorinqə hazırlığını dəstəkləyən ən dolğun tədris resurslardan biridir:
- Qaydalar
- Açıq tipli çalışmalar
- Yeni test modelləri
- Oxuyub-anlama və Dinləyib-anlama
- Səviyyələrə uyğun KSQ sınaq testləri
“İkihissəli, yüngül və ağ kağızda hazırlanmış bu vəsait şagirdlər üçün rahat, müəllim və valideynlər üçün güvənlidir. Bu, sadəcə, dərs vəsaiti deyil – monitorinqə aparan uğur yoludur. “İZƏ” ilə öyrənmək daha asan, daha əyləncəli, daha uğurludur”,- nəşriyyatdan bildirilib.
Ətraflı: ize.az
077 225 29 03
077 225 29 12
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 35 d. sonra
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur





















