Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının "Masdar" şirkəti Azərbaycanda bərpa olunan enerji (BOEM) layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq.

Bu barədə "Masdar" şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm Əl Mazrui I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

O, "Masdar"la Azərbaycan arasında əməkdaşlığın 2018-ci ildə Energetika Nazirliyi ilə birgə başladığını xatırladıb. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpa olunan enerji obyekti - 230 MVt gücündə günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır ki, uğurla fəaliyyət göstərir.

M. Əl Mazruinin sözlərinə görə, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində "Masdar" və SOCAR 1 GVt həcmində əlavə gücün inkişafına dair mühüm saziş imzalayıb. "Bura Biləsuvar və Neftçalada artıq tikintisi başlayan iki günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkı daxildir. Beləliklə, Azərbaycana investisiyalarımızın ümumi həcmi təxminən 1,2 milyard ABŞ dolları təşkil edəcək", - "Masdar"ın nümayəndəsi qeyd edib.

O əlavə edib ki, şirkət tərəfdaşları ilə birlikdə Avropaya elektrik enerjisinin ixracı üçün "yaşıl enerji" dəhlizinin yaradılması layihəsi də daxil olmaqla Azərbaycanda yeni təşəbbüsləri nəzərdən keçirir ki, bu da investorlar üçün əlavə imkanlar yaradır.

© "Report" 

23.09.2025 00:26
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18