Ən yuxarı (mobil)-2_30

​​​​​​​Rəqabəti məhdudlaşdırmağın cəzaları müəyyən olunur - 12 İLƏDƏK HƏBS

Rəqibləri bazardan kənarlaşdıranlar və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını alanlar cəzalandırılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
​​​​​​​Rəqabəti məhdudlaşdırmağın cəzaları müəyyən olunur - 12 İLƏDƏK HƏBS
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqabət Məcəlləsi ilə əlaqədar Cinayət Məcəlləsinin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin də həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər təklif edilir, cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşir.

Qanun layihəsi Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bu maddə “Rəqabəti məhdudlaşdırma” adlandırılacaq.

Hazırda qüvvədə olan qanuna görə, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar, mütəşəkkil dəstə tərəfindən, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməllər cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə və külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda “xeyli miqdar” dedikdə on min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan artıq olan məbləğ başa düşülür.

Layihəyə əsasən, məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq. Xeyli, külli və xüsusilə külli miqdarın da yeni anlayışı verilir. Başqa sözlə, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Eyni əməllər təkrar, mütəşəkkil dəstə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Nəzərdə tutulmuş əməllər cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə və xüsusilə külli miqdarda ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

"Xeyli miqdar" dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı, lakin bir milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə bir milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.

Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.

rəqabətməcəlləsi cinayətməcəlləsi inhisarçılıq rəqabətiməhdudlaşdırma üfüqisaziş şaqulisaziş hökmranmövqedənsuiistifadə kartelsövdələşməsi bazarmaneələri rəqabəthüququ milliməclis hüquqvədövlətquruculuğukomitəsi cinayətməsuliyyəti cərimə azadlıqdanməhrumetmə xeylimiqdar küllimiqdar xüsusiləküllimiqdar ziyan vurulmuşziyan əldəedilmişgəlir cinayətkartutulması biznesrəqabəti antinhisar
16.09.2025 10:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18