"2017-də şirkətimizin 300-ə yaxın işçisi var idi, hazırda isə 1000 nəfərdən artıqdır"

"2017-ci ildə FMG yarandığında onun 300-ə yaxın işçisi var idi. Hazırda isə komandamız 1 000-dən artıq əməkdaşla təmsil olunur".
Marja xəbər verir ki, bunu "Facility Management Group" MMC-nin (FMG) direktoru İlham Allahverdiyev bildirib.
O, "Onların əksəriyyətinin şirkətimizdə 3 ildən 5 ilə qədər təcrübəsi var" deyərək, sözlərinə belə davam edib:
"Bu gün rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın yarısı FMG-də əmək fəaliyyətlərinə aşağı vəzifələrdən başlayıblar. Bu, istedadlı əməkdaşlarımızın karyeralarında irəliləmələri üçün verdiyimiz dəstəyi açıq şəkildə göstərir. Biz gələcək strateji kadr ehtiyatlarımızı indidən planlayırıq. Həyata keçirdiyimiz təcrübə proqramları sayəsində gənc istedadlara FMG ailəmizə qatılaraq karyeralarının ilk addımlarını bizimlə atmaq, peşəkar mütəxəssislərdən öyrənmək, təcrübə qazanmaq və uğurlu karyeralarını bizimlə qurmaq imkanı yaradırıq. İnsanlar bu şirkətə müvəqqəti yer kimi baxmırlar. Biz işçilərimizi daim inkişaf etdiririk, müəyyən yerə gəldikdən sonra onların inkişafını dayandırmırıq. Bizim işçimiz daima öyrənməlidir, belə olmasa, o şirkətə dəyər qatmaz".
Qeyd edək ki FMG 2017-ci ildə eyni holdinqdə təmsil olunduğu "PMD Group" MMC-nin daşınmaz əmlak layihələrini idarə etmək üçün yaradılıb. Şirkət daşınmaz əmlakın satışı, icarəsi (yaşayış mənzilləri, biznes mərkəzləri), onlara xidmət göstərilməsi fəaliyyətlərilə məşğul olur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 d. əvvəl
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
Bank ANAMA-ya daha 2 xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR-ın Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayacağı vaxt açıqlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Distribyutor şirkəti 6 ayda 1,5 milyon manata yaxın xalis mənfəət əldə edib
-
3 saat əvvəl
Şirkət yanacaqdoldurma məntəqələrinin sayını 109- a çatdırdı
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Kredit Evi"ndə böyük sıçrayış - PORTFELİ 50 faiz, xalis mənfəəti 90 faiz artıb
- 4 saat əvvəl
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank ANAMA-ya daha 2 xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib

6000 manat götür, aylıq 190 manat ödə

8 şəhərlərarası avtobus marşrutu bu şəxslərə verildi
Ən çox oxunanlar

Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq - FƏRMAN

Dövlətin puluna nəzarət gücləndirilir - FƏRMAN

Göygöldə “II Moruq Festivalı” keçiriləcək

Azərbaycanın şirkətlər qrupunda yeni təyinat
