Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kiçik və orta banklar rəqəmsal sahədə nəhənglərlə rəqabətə tab gətirə biləcəklər? - MÜSAHİBƏ

"Rəqəmsal bankçılıq təkcə texnologiya deyil, müştəri davranışlarının inqilabıdır”
iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və orta banklar rəqəmsal sahədə nəhənglərlə rəqabətə tab gətirə biləcəklər? - MÜSAHİBƏ

Rəqəmsal transformasiya, open banking, süni intellekt və Ani Ödənişlər Sistemi – bank sektorunun gələcəyinə dair ən aktual suallara ABA-nın ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov cavab verir.

- Tamerlan müəllim, Azərbaycanda rəqəmsal bankçılıq son illərdə sürətlə inkişaf edir. Sizcə, bu inkişaf daha çox texnologiyadan qaynaqlanır, yoxsa müştəri davranışındakı dəyişikliklərdən?

- Qlobal iqtisadi mühitə nəzər salsaq son illər ərzində rəqəmsal transformasiya iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi bank sistemində də mühüm dəyişikliklərə səbəb olmuşdur. Əvvəllər ideya olan filialsız bankçılıq, məsafədən ödəniş xidmətlərinin göstərilməsi, istehlakçıların davranış və ehtiyaclarını əvvəlcədən müəyyən edərək məhsul və xidmətlərin təqdim edilməsi artıq günümüzün bir reallığıdır.

Məhz bu dəyişikliklər fonunda ölkəmizin bank sistemində də rəqəmsal transformasiyanın üstünlüklərinin tətbiqi davam edir. Hesab edirəm ki rəqəmsal bankçılıq sahəsində olan dəyişikliklər ilk növbədə texnoloji tərəqqidən, ödəniş xidməti təchizatçıları, o cümlədən banklar tərəfindən yeni, rəqabətədavamlı xidmətlərin təqdim edilməsi və müştəri seqmentinin formalaşdırılması məqsədilə innovativ texnoloji həllərin tətbiqindən qaynaqlanır. 

Etiraf etmək lazımdır ki, bu prosesdə ödəniş xidməti istifadəçilərinin davranış və ehtiyacları da əsas meyar olaraq götürülür. Məhz bundan qaynaqlanaraq həyata keçiriləcək yeniliklərin əsas istiqamətləri müəyyən edilir. Müasir dövrdə rəqəmsal bankçılıq sahəsində istehlakçı ehtiyacları bank xidmətlərinin məsafədən, daha əlverişli formada və aşağı xidmət haqları tətbiq edilməklə əldə edilməsində, habelə bank xidmətləri ilə yanaşı “value added service” adlandırdğımız əlavə dəyər qatan xidmətlərin əldə edilməsində fokuslaşır.

Məhz bu yanaşma, bankların elektron bankçılıq xidmətlərinin rəqəmsal platformaya çevrilərək müxtəlif çeşiddə məhsul və xidmətlərin təqdim edilməsini, hörümçək toru prinsipi əsasında şaxələnmiş inteqrasiyaların qurulmasını zəruri edir.

- Hazırda rəqəmsal bankçılıq üzrə istifadəçi aktivliyi hansı səviyyədədir? Müştərilər daha çox hansı xidmətlərdən onlayn istifadə edirlər?

- Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən açıqlanan statistik göstəricilərə nəzər salsaq, cari ilin ilk 6 ayı ərzində elektron bankçılıq xidmətləri vasitəsilə 178 milyard manat həcmində ödəniş əməliyyatı icra edilmişdir. Çoxlu sayda ödəniş xidməti istifadəçisi əsasən mobil bankçılıq xidmətindən istifadə etsədə, məhz iri həcmli ödəniş əməliyyatlarının emal edildiyi internet bankçılıq xidməti üzrə bu dövriyyənin 82%-i emal edilmişdir.

Ödəniş əməliyyatlarından istifadə edilməsi ilə yanaşı, daha aktiv istifadə edilən xidmətlərə məsafədən bank hesablarının açılması, ödəniş kartlarının sifarişi, pul köçürməsi, ödəniş hesabı üzrə çıxarışların əldə edilməsi, kredit müraciətləri diqqəti cəlb edir.

Banklar üzrə fərqlər və liderlər

- Rəqəmsal transformasiya baxımından Azərbaycan bankları arasında fərqlər varmı? Ən innovativ addımlar atan bankları hansı meyarlara görə qiymətləndirmək olar?

- Ümumən ekosistemdə rəqəmsal transformasiya üzrə greenfield approach, yəni sıfırdan rəqəmsal bankçılığın formalaşması tətbiq edilmir. Bu məqsədlə ölkəmizdə zəruri qanunvericilik bazası formalaşdırılmamışdır.

Hazırda banklar tərəfindən brownfield approach yanaşması seçilərək mövcud infrastrukturun dəyişdirilməsi, ayrıca bir strukturun formalaşdrılması istiqaməti əsas götürülür.

Əlbəttə ki, rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi, yeni müştəri seqmentinin formalaşdırəlması və onun ehtiyaclarının nəzərə alınması rəqəmsal transformasiya sahəsində fərqli tendensiyaların yaranmasına və daha innovativ həllər tətbiq edən bankların formalaşmasına təkan verir.

Əsasən pərakəndə sektora formalaşan bankların rəqəmsal bankçılıq, xüsusən də mobil bankçılıq xidmətinda sürətli inkişaf diqqəti cəlb edir. Məhz mobil bankçılıq xidmətləri üzərindən əsas bank xidmətləri və bir sıra əlavə dəyər qatan xidmətlər o cümlədən, məsafədən bank hesabının açılması, QR-kod ilə ödəniş, sığorta, investisiya, bank əməliyyatlarına dair çıxarış və sənədlərin təqdim edilməsi, kreditin əldə edilməsi və digər rəqəmsal xidmətlər təqdim edilir. Bu rəqəmsal platformalarda digər elektron ticarət platformaları ilə inteqrasiya nəticəsində məhsul və xidmətlər üzrə ödənişlərin qəbulu təmin edilir.

Həmçinin, ödəniş xidməti sitifadəçilərinə müxtəlif istiqamətdə elektron ticarət platformaları, kinoteatr, endirim və bonus kompaniyaları, yükdaşıma sahəsində məlumatlar təqdim edilir.

Ən innovativ adıdmlar atan bankları məhsul və xidmətlərin geniş çeşidi, mobil tətbiqlərinin istifadə rahatlılığı, fərqli ödəniş həllərinin tətbiqi, təhlükəsizlik, digər xidmət təchizatçıları ilə qarşılıqlı inteqrasiya imkanları, habelə təqidm edilən məlumat çeşidinin zənginliyi baxımından qiymətləndirmək olar.

Kiçik və orta banklar rəqəmsal sahədə nəhənglərlə rəqabətə tab gətirə bilirmi?

- Kiçik və orta bankların rəqabətdə üstünlük qazanmasının ən mühüm amili ekosistemdə reallaşdırlan islahatlardan kənarda qalmayaraq maksimum dərəcədə rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi, məhsul və xidmətlərin məsafədən təqdim edilməsidir.

Bildiyiniz kimi rəqabətin mühüm amillərindən biri də ekosistemdə hər bir iştirkaçı üçün bərabər iştirak şərtlərinin formalaşdırılmasıdır. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Ani Ödənişlər Sisteminin istismara verilməsi və funksional imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq texnologiyasının tətbiqi üzrə formalaşdırılan platforma, qanunvericilik bazasında aparılan islahatlar hər bir ödəniş xidməti təchizaçtısı olan bank üçün bərabər iştirak mühiti formalaşdırır. 

Hesab edirəm ki, rəqəmsal texnologiyalarən və rəqəmsal ödənişlərin tətbiqinin mümkün olduğu digər sahələrdə də bərabər iştirak mühitinin formalaşdırılması kiçik və orta bankların rəqabətə davamlı olmasına müsbət təsir göstərəcəkdir.

Burada mühüm amillərdən biri də fintex ekosistemi iləqarşılıqlı inteqrasiyanın dərinləşməsi, pərakəndə xidmətlərin təqdim edilməsində onların platformalarının çeviklik, adaptivlik kimi üstünlüklərindən istifadə edilməsidir.

Texnoloji imkanlar və çağırışlar

- “Open banking”, API inteqrasiyası və süni intellekt kimi texnologiyalar barədə danışsaq, Azərbaycan bank sektorunda bu istiqamətdə hansı real addımlar atılır?

- Məlum olduğu kimi, “Ödəniş xidmətləri və ödəniş sistmeləri haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunması ilə open banking adlandırdığımız açıq bankçılıq texnologiyasının tətbiqinə əsaslanan yeni ödəniş xidmətləri yaranmışdır. Bu ödəniş xidmətləri bir qədər öncə qeyd etdiyimiz rəqəmsal platformalaşmanı dərinləşdirməklə vahid tətbiq üzərindən istehlakçılara müxtəlif ödəniş xidməti təchizaçtılanıda olan ödəniş hesbalarının daha effektiv idarəedilməsinə imkan verəckdir.

Hazırda açıq bankçılıq texnologiyasının tətbiqinin sürətləndirilməsi istiqamətində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən mərkəzləşdirilmiş platformanın yaradılması və bankların bu infrastruktura inteqraisyası istqamətində əsaslı addımlar atılır. Hesab edirəm ki növbəti mrəhələdə bu sahədə vahid standardlaırn tətbiqi bir reallıq olacaqdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının “2024-2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyası”na diqqət etsək açıq bankçılıq və aıq maliyyə yanaşmasnın tətbiqi prioritet hədəflərdən biridir. Məhz açıq maliyyə yanaşması iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan təşkilatlar arasında inteqraisyanın dərinləşməsi ilə maliyyə xidmətlərinin hər bir kəs üçün əlçatan olmasını, rəqəmsal həllərin tətbiqinin geniçlənməsini təmin dəcəkidr. 

- İstifadəçilərin təhlükəsizlik və məxfiliklə bağlı narahatlıqları da var. Bu məsələdə sektorun ümumi yanaşması necədir?

- Rəqəmsal bankçılıq sahəsində davamlı inkişafın ən mühüm amillərindən biri də təhlükəsizliyin təmin edilməsi, istehakçılaırn innovativ həll və texnologiyalara inamının qorunub saxlanılmasıdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”in təsdiq edilməsi ilə maliyyə bazarı iştirkaçıalrı, o cümlədən ödniş xidməti təchizaçtıları üzrə informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə minimum tələblər müəyyən edilmişdir. Məhz bu tələblərin icrası rəqəmsal bankçılıq xidmətləri sahəsində təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək kiber hücumların qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi ilə eksistemin dayanıqlılığının artıırlması baxımından mühüm rol oynayır. Ekosistem iştirkaçılarına münasibətdə informasiya tenxologiyaları sahəsində daxili və xarici auditin aparılması tələbinin müəyyən edilməsi informasiya sistemləri əlaqəli aktivlər üzrə təhlükəsizlik tələblərinə dair diqqəti artırmaqla çatışmazlıqlaırn zamanında müəyyən edilməsini təmin edir.

Təhlükəsizlik sahəsində mühüm amillərdən biri də ekosistem iştirakçılaır arasında zamanında kommunikasiya və atılacaq addımların uzlaşdırılmasıdır. Məhz bu məqsədlə Azərbaycan Banklar Assosiasiyası nəzdində yaradılan ekspert qruplarında iştirakçı banklarla yanaşı, aidiyyəti dövlət qurumlarə arasında sıx kommunikasiya təmin edilərək, təhlükəsizliyin təmin edilməsi üzrə son tendensiyalar və atılacaq addımlar müzakirə edilir. 

Azərbaycan Banklar Assosiasiyası və bank ictimaiyyəti tərəfindən təhlükəsizlik sahəsində prioritet hesab edilən ahələrdən biri də əhalinin maliyyə savadlılığının daim artırılması, innovativ texnologiyalardan istifadə bacarıqlarının formalaşdırılmasıdır. Bu istiqamətdə davamlı əsasda video çarxların hazırlanması, müsahibələrin keçirilməsi, tədris matefiallarının tərtibi, müxtəlif kanallar, o cümlədən sosial şəbəkələr üzərindən məlumatlandırma, habelə fərqli kateqoriyadan olan şəxslər üçün təlimlərin təşkili təmin edilir. 

Perspektiv və çağırışlar

- Rəqəmsal bankçılıq üzrə növbəti 3 ildə Azərbaycan bank sektorunu hansı əsas dəyişikliklər gözləyir?

- Növbəti 3 il əsas etibarı ilə qlobal maliyyə bazarlarındabaş verən inkişaf tendensiyalarına uyğun tədbirlərin görülməsi ilə yadda qalacaqdır. Qeyd etmək istərdim ki rəqəmsal bankçılıq sahəsində daha mühüm inkişaf tendensiyasına nail olmaq istəyiriksə baş verə bilcəək risklər qəbul edilməli və öncədən preventiv tədbirlərin görülməsi diqqətdə saxlanılmalıdır. 

Hesab edirəm ki ilk növbədə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Ani Ödənişlər Sisteminin texniki imkanları daha da təkmillədirilərək fərqli ödəniş həllərinin tətbiqində istifadəsi genişləndiriləcəkdir. QR-kod ödənişlərinin tətbiqi və mövcud POS-terminal infrastrukturunun bu ödəniş həllini dəstəkləməsi AÖS-dən isitfadə dairəsini genişləndirməklə ekosistemdə fərqli ödəniş həllərinin istifadə edilməsini təmin edəcəkdir. Fintexlərin bu ödəniş sisteminə inteqrasiyası isə hər bir iştirakçı üçün yeni imkanlar formalaşdıracaqdır.

Açıq bankçılıq infrastrukturunun formalaşdırılması və bu əsasda açıq maliyyyə yanaşmasının tətbiqinə keçid isə rəqəmsal bankçılıq sahəsində yeni bir inkişaf mərhələsi olacaqdır. Açıq maliyyə fərqli maliyyə institutlarını vahid bir rəqəmsla platformada cəmləşməsini təmin edəcəkdir.

Diqqətdə saxlanılan prioritet sahələrdən biri də rəqəmsal bankçılıq üzrə qanunvericilik bazasının formalaşdırılması, qonşu ölkələrdə olduğu kimi filialsız bankçılığın əsasının qoyulması ola bilər. Həmçinin, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə yenidən baxılaraq mövcud inkişaf templəri nəzərə alınmaqla dəyişikliklər edilməlidir.

Mövcud inkişaf tendensiyası onu deməyə əsas verir ki süni iontellektin bank xidmətlərində tətbiqi dairəsi daha da genişlənəcəkdir. Banklar tərəfindən bu texnologiyanın müştəri müraciətlərinin cavablandırılması, onlayn növbə, kreditlərin verilməsi üzrə skorinqin tətbiqi, müştəri davranışlarına uyğun məhsul və xidmətlərin təqdim edilməsi kimi sahələrdə tətbiqi üzrə əsaslı addımlar atılması arzu olunandır.

- Müsahibəyə görə, təşəkkür edirik.

rəqəmsal bankçılıq open banking açıq bankçılıq Ani Ödənişlər Sistemi Tamerlan Rüstəmov Azərbaycan bank sektoru mobil bankçılıq internet bankçılıq ödəniş xidmətləri ödəniş əməliyyatları bank texnologiyaları fintech inteqrasiyası QR ödənişlər POS-terminal rəqəmsal transformasiya bank innovasiyaları bank ekosistemi əlavə dəyər xidmətləri bank təhlükəsizliyi informasiya təhlükəsizliyi kiber təhlükəsizlik maliyyə savadlılığı bank qanunvericiliyi maliyyə texnologiyaları bank xidmətləri kredit müraciətləri onlayn bank xidmətləri bank platformaları müştəri təcrübəsi Azərbaycan Mərkəzi Bankı rəqəmsal ödəniş həlləri süni intellekt bank xidmətləri məlumatların idarə olunması elektron bankçılıq
19.08.2025 10:51
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ