Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qızılın qiymətində rekordlardan sonra “AzerGold” gəlirində böyük artım olduğunu açıqladı

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238% artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiymətində rekordlardan sonra “AzerGold” gəlirində böyük artım olduğunu açıqladı

“AzerGold” QSC tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib.

Bu barədə  “AzerGold” məlumat yayıb.

Reklam_3_11

Qeyd eddilib ki, bu ötən illə müqayisədə qızılın satışında 171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub.

Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20.2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.

Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95.4 milyon manat gəlir əldə olunub.

Qeyd edək ki, 2024-cü ildə olduğu kimi, 2025-ci ilin ilk 5 ayında da qızıl qiymətləri kəskin artıb. “AzerGold”ın məhsullarına da investisiya məqsədilə təlabat artıb. Həmin qiymətlər yüksəldiyindən həm də satış həcmi artdığı üçün Şirkətin gəlirlərində böyük artım baş verib. 

2025-ci ildə qızılın qiyməti təxminən 30% artaraq bir unsiya üçün 3355 dollara çatıb. 1 yanvar 2025-ci il tarixinə təxminən 2600 dollar idi.

 

20.06.2025 13:06
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ