Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan çıxan valyutanın həcmi, daxil olan valyutanın həcmini üstələyib - KƏSİR YARANIB

Azərbaycanın I rübdə tədiyyə balansında 400 milyon dollardan çox kəsir olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan çıxan valyutanın həcmi, daxil olan valyutanın həcmini üstələyib - KƏSİR YARANIB

Bu ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 413 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 116 milyon dollar profisit olmuşdu.

Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının açıqladığı "2025-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansı"na istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin 1-ci rübü üzrə Azərbaycan iqtisadiyyatı üçün xarici mühit əlverişli olmuşdur. Bu dövrdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında isə 1.2 mlrd.$-lıq kəsir yaranmışdır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 0.4 mlrd.$ azalmışdır. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 2.5 mlrd.$ artaraq 73.5 mlrd.$-a çatmışdır. Bu dövrdə xam neftin orta qiyməti 74.2 $/barel olmuşdur. 

CARİ BALANSDA BÖYÜK AZALMA

2025-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 1.1 mlrd.$ və ya ÜDM-in 6.5%- ni təşkil etmişdir (2024-cü ilin I rübü üzrə 1.7 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.8% artaraq 3.9 mlrd.$, qeyrineft-qaz sektoru üzrə

ƏMTƏƏ İXRACI

Hesabat dövründə əmtəə ixracı 0.5% artaraq 6.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5.5 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (5.5 mlrd.$) 3.5 mlrd.$-ı xam neftin, 1.9 mlrd.$-ı təbii qazın, 0.1 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2025-ci ilin I rübü üzrə qeyri-neft-qazixracı 11.8% artaraq 0.7 mlrd.$ olmuşdur.

ƏMTƏƏ İDXALI

2025-ci ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 7.2% artaraq 3.8 mlrd.$ təşkil etmişdir: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.6 mlrd.$ olmuş, bunun da 0.6 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 8.2% artaraq 3.3 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda: kərə yağının (43.0%); tərəvəz məhsullarının (29.9%); dənli bitkilərin (19.8%); traktorların (15.9%); minik avtomobillərinin (13.2%); ətir və kosmetik vasitələrin (8.7%); alkoqollu və alkoqolsuz içkilərin (5.6%); kağız məmulatlarının (5.1%), tütün və tütün məhsullarının (0.9%) idxalı artmışdır. Bu dövrdə, hesablama maşınlarının (38.4%); yük avtomobillərinin (24.0%); bitki yağlarının (23.2%); kommutasiya qurğularının (20.0%); sabun və yuyucu vasitələrin (13.7%); kran, klapan, boru kəməri armaturlarının (12.3%); şəkərin (6.9%); əczaçılıq məhsullarının (4.2%); metalların (2.4%); daş və şüşə məmulatlarının (0.5%) və mebel məhsullarının (0.1%) idxalı isə azalmışdır. 11 Tədiyə balansı hesabatı İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.2% təşkil edərək 0.1 mlrd.$ olmuşdur

TƏDİYƏ BALANSI NƏDİR?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

XİDMƏTLƏR BALANDI 

2025-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.7 mlrd.$-ı təşkil etmişdir. Bunun 2.7 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.0 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 36.3% artaraq 0.7 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 375.3 mln.$ olmuşdur.

Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 377.5 mln.$ olmuşdur. Qarşılıqlı xidmətlər dövriyyəsinin 26.7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd.$ olan nəqliyyat xidmətlərinin 63.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788.9 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 460.6 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 23.3%, idxalı isə 4.9% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 17.8% artaraq 328.3 mln.$ 12 Tədiyə balansı hesabatı olmuşdur. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 278.7 mln.$-ı təşkil etmişdir.

2025-ci ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 8.8% artaraq 751.9 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380.5 mln.$) idxalı (371.4 mln.$) üstələməsi nəticəsində 9.1 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 371.4 mln.$ olmuşdur. Bunun 79.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 0.4 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 61.0% artaraq 0.5 mlrd.$ olmuşdur.

Ehtiyat aktivləri - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər

Cari əməliyyatlar balansı - Cari əməliyyatlar balansına ölkənin i) xarici ticarət balansı, ii) xidmətlər balansı, iii) ilkin gəlirlər balansı, iv) təkrar gəlirlər balansı daxildir. 

19.06.2025 12:48
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ