Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Kapital Bank" əlavə investisiya yatırıb, "Umico"nun sahibini törəmə şirkətinə çevirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kapital Bank" əlavə investisiya yatırıb, "Umico"nun sahibini törəmə şirkətinə çevirib

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə "Kapital Bank" ASC, 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (“BirKart BOKT”) 100%-lik sahibi olmuşdur. 

Bu barədə Marja.az "Kapital Bank" ASC-nin illik hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü il ərzində "Kapital Bank" əlavə olaraq törəmə müəssisənin (“BirKart BOKT”) hər biri 10 manat məbləğində 25 246 yeni səhmini tam ödəmiş və 31 dekabr 2024-cü il tarixinə törəmə müəssisənin səhm kapitalı cəmi 88 milyon 336 min manat (2023-cü il: 63 milyon 90 min manat) təşkil etmişdir. “BirKart BOKT” kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmur. 

6 mart 2020-ci il tarixində, “BirKart BOKT” MMC “Competo” MMC-də (Umico brendi) 50 AZN məbləğində səhm kapitalının 25%-ni satın almışdır. “Competo” MMC 9 fevral 2018-ci il tarixində təsis edilmişdir və pərakəndə bankçılıq üzrə İT və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərir. 2024-cü il ərzində “BirKart BOKT” “Competo” MMC-yə 20 milyon 861 min manat məbləğində investisiya etmiş və “Competo” MMC-dəki səs hüquqlu səhmlərinin faizini 48%-dən 60,3%-dək artırmışdır. Nəticədə, “Competo” MMC "Kapital Bank"ın törəmə müəssisəsinə çevrilmişdir. Daha sonra, 2024-cü il ərzində “BirKart BOKT” “Competo” MMC-yə 31 milyon 245 AZN məbləğində əlavə investisiya etmişdir və törəmə müəssisəyə ümumi investisiyanın cəmi dəyəri 85 milyon 996 min manat təşkil etmişdir. 31 dekabr 2024- cü il tarixinə “Competo” MMC-nin  səhm kapitalı 122 milyon 38 min manat (2023-cü il: 69 milyon 933 min manat) təşkil etmişdir və “BirKart BOKT”- un “Competo” MMC-dəki payı 70,47% (2023-cü il: 48%) olmuşdur. 

31 dekabr 2024-cü il tarixinə "Kapital Bank" elektron ödənişlər və nağd ödəniş terminalları bazarında fəaliyyət göstərən “PaşaPay” MMC-də 99,99% sahib olub. Bank 10 mart 2022-ci il tarixində törəmə müəssisəsi olan “BirKart BOKT” vasitəsilə səhm kapitalının əlavə 79%-ni almaqla “PashaPay” MMC-nin sahibinə çevrilmişdir. 

2024-cü il ərzində Bank “PashaPay” MMC-nin nizamnamə kapitalına birbaşa 22 milyon manat məbləğində əlavə investisiya etmişdir və 31 dekabr 2024-cü il tarixinə törəmə müəssisənin səhm kapitalı 40 milyon 222 min manat  (2023-cü il: 18 milyon 22 min manat) təşkil etmişdir. 

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə “BirKart BOKT”, 15 dekabr 2020-ci ildə təsis edilmiş “Red Hearts” Xeyriyyə fondunun 100% mülkiyyətçisi olmuşdur.

07.05.2025 13:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ